Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVU NECƏ SIRADAN ÇIXARIRLAR?

ZİYA MƏMMƏDOVU NECƏ SIRADAN ÇIXARIRLAR?


18-10-2012, 10:18
ZİYA MƏMMƏDOVU NECƏ SIRADAN ÇIXARIRLAR?
NN ŞEFİ PREZİDENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ KÜNCƏ SIXIŞDIRILACAQ

DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri ərəfəsində hakimiyyətiçi münasibətlər yenidən gərilməyə başlayıb. Bununla bağlı DİA.AZ-ı hökumət içindəki bilgili qaynaqlar məlumatlandırıb. Mötəbər mənbələrdən daxil olan inormasiyaya görə, 2013-cü il prezident seçkiləri bir yandan əgər ümumiqtidar düşərgəsi üçün birgə mübarizəni diqtə edirsə, digər yandan da iç «razborka»ların alovlanması ilə müşaiyət olunmaqdadır.

Belə ki, son günlər mövqeləri ciddi zərbə görmüş nəqliyyat naziri Ziya Məmmədovun seçki ərəfəsinə qədər bir çox istiqamətlərdə vurulacağı gözlənilir. Xatırladaq ki, bir müddət əvvəl NN şefi paytaxtda yolların asfaltlanması kimi gəlirli bir sahəni əldən vermək məcburiyyətində qalmışdı. Mənbəmiz bildirir ki, anoloji proseslərin digər şəhər və rayonlarda da cərəyan etməsi gözlənilir: «Yolların asfaltlanması işi yenidən icra hakimiyyətlərinə qaytarılır və hətta magistral yolların çəkilişi də nəqliyyat nazirliyindən alınaraq müvafiq icra hakimiyyətlərinə həvalə ediləcək».

Bunlarla yanaşı, seçkilərə qədər Ziya Məmmədova yaxın hesab olunan rayon icra başçıları ilə bağlı da xüsusi tədbirlərin həyata keçiriləcəyi gözlənilir. Mənbəmizin sözlərindən belə aydın olur ki, 7 rayona nəzarət edən NN şefi seçkilərə qədər 4, seçkilərdən sonra daha 3 rayonu əldən verpməli olacaq: «Bununla da Ziya Məmmədovun əyalətdəki nəzarət rıçaqları da əlindən alınır».

Mənbəmizin sözlərinə görə, əslində bütün bunlar NN şefinin tədricən zərərsizləşdirilməsi prosesi kimi qəbul olunmalıdır: «Bunun ardından isə əsas hədəfin özü ilə bağlı tədbirlər görüləcək. Yəni söhbət Ziya Məmmədovun istefaya göndərilməsindən gedir».

Gələn məlumatlarda o da bildirilir ki, hakimiyyət içində mövqe baxımından xüsusi ağırlıq qazanan fövqəladə hallar naziri Kəmaləddin Heydərova və prezidentin şəxsi mühafizə idarəsinin rəisi general Bəylər Əyyubova yaxın çevrələrin eyni zamanda Ziya Məmmədova qarşı cəbhə açması NN şefinin hətta özəl sektordakı iqtisadi rıçaqlarını belə təhdid etməkdədir. Yəni burada söhbət «ZQAN» holdinqin gələcəyinin sual altına düşməsindən gedir.

Onu da xatırladaq ki, 2005-ci ildə həbs olunan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin əmlakını talayanlardan biri də Ziya Məmmədov idi. Bu barədə məlumatlar hətta məşhur «Vikiliks» təşkilatının açıqladığı faktlar arasında da yer almışdı. İndii isə aydın olur ki, Ziya Məmmədovun özünü də belə bir aqibət gözləyir…

Geri qayıt