Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ATV İBRAHİMOV QARDAŞLARINDAN TAM QIRILIR

ATV İBRAHİMOV QARDAŞLARINDAN TAM QIRILIR


18-10-2012, 10:59
ATV İBRAHİMOV QARDAŞLARINDAN TAM QIRILIR
QEYRİ-LEQAL MALİYYƏNİ BÜDCƏ PULU ƏVƏZLƏYİR

DİA.AZ: - Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsində ATV telekanalına vəsaitin ayrılması nəzərdə tutulur. Məlumata görə, bu, Azərbaycanın 2013-cü ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, Azərbaycan həqiqətlərinin «ATV International» (ATV Int) beynəlxalq televiziya kanalı vasitəsilə xarici dillərdə dünya ictimaiyyətinə təqdim edilməsi məqsədilə 2013-cü ildən başlayaraq dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulacaq.

Bundan başqa, ilk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsində Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik orqanlarında təhsil məsələləri üzrə müşavirlərin fəaliyyəti ilə bağlı xərclər və və UNISEF tərəfindən yeni 10 həftəlik pilot layihə kimi, məktəbə hazırlıq təhsilinin yeni modelinin tətbiqi ilə bağlı xərclər də nəzərdə tutulub.

DİA.AZ bildirir ki, keçən günlərdə ATV kanalını əldən verən İbrahimov qardaşlarının hələ də bu telekanalı maliyyələşdirməsi barədə xəbər yaymışdıq. İndi isə bu məsələnin rəsmən həll olunduğu və İbrahimov qardaşları ilə ATV kanalı arasındakı sonuncu bağın da qırıldığı aydın olur. Belə ki, dünənə qədər qeyri-leqal yollarla İbrahimov qardaşlarının hesabına maliyyələşən telekanalı bu gün dövlət büdcəsi hesabına maliyyələşdirmə qərarı verilib. Maraqlıdır ki, burada «ATV-İnt» kanalının funksiyası maliyyələşdirmənin səbəbi kimi göstərilib. Hər halda, özəl kanal kimi tanıdığımız ATV-yə dövlətin belə bir diqqətinin göstərilməsi anlaşılan deyil.

Geri qayıt