Əsas Səhifə > Güney Press, Araşdırma > HACIBALA ABUTALIBOVUN 1 MİLYON MANATLIQ SAATI
HACIBALA ABUTALIBOVUN 1 MİLYON MANATLIQ SAATI18-10-2012, 11:50 |
ARTIQ BU SAAT DA İŞLƏMİR Yəqin ki, paytaxt sakinləri şəhərin müxtəlif küçələrindəki böyük saatları görməmiş olmazlar. Bəzən həmin saatların yanından keçəndə istər-istəməz gözümüz onlara sataşır. Təəssüf ki, vaxtı göstərən bu cihazların bəzilərinin əqrəbləri ya düz işləmir, ya da ümumiyyətlə “donub”. Bakıda ən böyük saatlardan biri Yasamal rayonunda C.Cabbarlı küçəsi ilə A.Bakıxanov küçəsinin kəsişdiyi yerdə (“Hyatt Regency” oteli ilə üzbəüz) yaşıllıq təpədə quraşdırılıb. Bu saatın yanından keçəndə onun düz işləyib-işləmədiyini təyin etmək bir qədər çətindir. Əqrəbləri o qədər böyükdür ki, ya gərək ona çox uzaqdan, heç olmasa 50 mertdən baxasan, ya da səmadan tamaşa edəsən. Bir sözlə, Bakının bu ən böyük saatı sadəcə yaraşıq üçündür, deyə bilərik. Amma quraşdırıldığı məkanı nəzərə alsaq, bu “yaraşığa” nə az-nə çox, düz 1 milyon manatın xərclənməsinə heyfslənməmək olmur. Maraqlıdır, həmin ərazidən keçənlər yerüstü saata baxıb vaxtı öyrənməyə cəhd edirlərmi? Modern.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün sözügedən ərazidə olarkən yerüstü saatın düz işləməyinə şahidlik edib. Məlum oldu ki, Bakının 1 milyon manatlıq yerüstü saatı xeyli vaxtdır düz işləmir. Bunu əraziyə yaxın yerlərdə yaşayan sakinlər də təsdiqlədilər... Biz də saata məsul şəxsi tapa bilmədik ki, bunun səbəbini ondan soruşaq... Soruşaq ki, axı bir ətək pul veriblər bu saata, işləməyinə bax... C.Cabbarlı küçəsi ilə A.Bakıxanov küçəsinin kəsişdiyi yerdəki yerüstü saatın əsas hissələri xarici ölkədən gətirilib. Onu 2007-ci ilin aprelində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təşəbbüsü işə salıblar. Yeri gəlmişkən, o zaman saat quraşdırılandan bir gün sonra uşaqlar onun zənginin mexanizmini sıradan çıxarmışdılar. Bu problemi aradan qaldırmaq üçün saatın zəngi daha hündür dirəkdən asıldı ki, ətrafda oynayan balacaların ona əli çatmasın. 2009-cu il mayın 13-də isə yerüstü saat xarab olmuşdu. O zaman saatın xarab olmuş mexanizmini düzəltmək bir neçə günə başa gəlmişdi. Bir sıra Avropa şəhərlərində də belə saatlar mövcuddur. Amma onlar bu cür gözdən-könüldən iraq yerlərdə quraşdırılmayıb.nginin mexanizmini sıradan çıxarmışdılar. Bu problemi aradan qaldırmaq üçün saatın zəngi daha hündür dirəkdən asıldı ki, ətrafda oynayan balacaların ona əli çatmasın. 2009-cu il mayın 13-də isə yerüstü saat xarab olmuşdu. O zaman saatın xarab olmuş mexanizmini düzəltmək bir neçə günə başa gəlmişdi. Bir sıra Avropa şəhərlərində də belə saatlar mövcuddur. Amma onlar bu cür gözdən-könüldən iraq yerlərdə quraşdırılmayıb. Geri qayıt |