Əsas Səhifə > Sosial, Manşet > ELŞAD ABDULLAYEV CƏBHƏSİNDƏ HƏLLEDİCİ DÖYÜŞ

ELŞAD ABDULLAYEV CƏBHƏSİNDƏ HƏLLEDİCİ DÖYÜŞ


22-10-2012, 09:07
ELŞAD ABDULLAYEV CƏBHƏSİNDƏ HƏLLEDİCİ DÖYÜŞ
MÜXALİFƏTİN BU PROSESLƏRƏ CƏLB OLUNMASI KİMİN MARAĞINDADIR

DİA.AZ: - Elşad Abdullayev cəbhəsində keçən həftənin sonlarından etibarən yeni gəlişmələr müşahidə olunmağa başladı. Mandatı alınmış Gülər Əhmədova Bakı Dövlət Universitetində dərsinə davam etdi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Bakıda - iş başında olması barədə açıqlama yayıldı, bu hadisələrlə birbaşa əlaqəsinin olduğu söylənilən Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı fəaliyyətini müvəqqəti olaraq dayandırdığını bəyan etdi, Abbas Abbasovun təcili olaraq Bakıya çağrıldığı məlum oldu.

Hər halda, ilk baxışdan da ağırlığın bu dəfə hansı tərəfin mövqelərinə doğru yön aldığı aydındır. Yenə də ənənəvi iqtidar qüvvələri proseslərə nəzarəti əllərində cəmləşdirdiklərini ortaya qoydular. Və bu məsələdə Gülər Əhmədovanın ovqatı sanki bir etalona da çevrilib. Yəni Gülər Əhmədovanın durumundan da ayırd etmək olar ki, bu gün Elşad Abdullayevin yaratdığı videoqalmaqal müstəvisində döyüşən tərəflərin hansının rəqibinə münasibətdə daha samballı mövqedə olduğunu müəyyən edəsən.

Bununla bağlı DİA.AZ-a açıqlama verən hökumət içindəki bilgili qaynağın sözlərindən belə aydın olur ki, əslində proses hələ bitməyib: «Bir cəbhə xəttini, döyüş bölgəsini təsəvvür edin və bu gün fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə bağlı yaranmış situasiyanı da həmin hərb meydanına bənzədin. Təbii ki, daha güclü şəkildə silahlanmış tərəf rəqibinə daha ciddi həmlələr etməlidir. Amma məsələ ondadır ki, savaş bitməyib və kimin həlledici potensiala - arsenala malik olduğu müəyyən deyil və bu həm də hadisələrin inkişaf axarından birbaşa asılıdır».

Bir sözlə, savaşın hələ bitmədiyini bildirən mənbəmiz bu arada müxalif qüvvələrin də sözügedən hakimiyyətiçi çəkişmə meydanına cəlb olunduğunu bildirdi: «Müxalifət əslində bu situasiyada daha çox gözləmə mövqeyində dayanmalı idi. Amma əksi oldu və bu da ki iqtidariçi tərəflərdən birinin marağına tam uyğundur».

Geri qayıt