Əsas Səhifə > Güney Press, Üçüncü sektor > CƏZA MAŞINI SEÇKİLƏRƏ QƏDƏR İŞƏ DÜŞƏ BİLƏR
CƏZA MAŞINI SEÇKİLƏRƏ QƏDƏR İŞƏ DÜŞƏ BİLƏR22-10-2012, 09:55 |
AZƏRBAYCANDA REPRESİYALAR BAŞLAYACAQ Azərbaycanda represiyaların başlaması qaçılmazdır. Çünki nəzarət sistemində ciddi boşluqlar, idarəetmədə isə mərkəzdən qaçmalar müşahidə olunmağa başlayıb. Bu gün Azərbaycan hakimiyyəti deyiləndə və ya prezident İlham Əliyevin komandası deyiləndə meydanda yalnız Ramiz Mehdiyev, Ramil Usubov və Əli Həsənov görünür. Bu nədəndir? İlk başlıca səbəb budur ki, komanda da hakimiyyətin gələcəyinə yetərli qədər şübhələr yaranıb və heç kim məsuliyyəti bölüşmək niyyətində deyil. Bu gün ölkədə ən adi kənddə ki, belə problemin məsuliyyəti məqsədli şəkildə prezident İlham Əliyevin üzərinə yönəldilir. Beləliklə , aydın olur ki, 1. Ölkədə bir neçə nəfər istisna olmaqla əksər hakim komanda üzvü sabahkı məsuliyyətə şərik olmaq niyyətində deyil 2. Hakim komanda üzvləri əllərində ki, sərvəti qorumaq üçün bu günkü hakimiyyətin devrilməsinə belə daha maraqlıdırlar Amma bütün bunlar hələ ki, tam çılpaqlığı ilə görünmür və hadisələrin gedişatı ciddi şəkildə izlənilir. Hazırda həm də izlənilən nədir? Bu gün hakim komandanın ən parlaq simaları belə tək bir suala cavab tapmağa çalışır- PREZİDENT İLHAM ƏLİYEVİN KƏNAR DƏSTƏYİ OLACAQMI? Məhz bu sualın cavabı hələ görünmədiyindən gözləmə mövqeyi seçilib və hesab etmək olar ki, əksər məmur bu suala cavab tapana qədər və sərvətlərini qoruma qarrantiyasını alana qədər hansısa addım atmayacaqlar. Belə məqamda bəs İlham Əliyev hansı addımlar hesabına komandanın bütövlüyünü qoruya biləcək və hadisələrə nəzarəti tam təmin edə biləcək? Ekspertlər hesab edir ki, əslində hazırkı vəziyyət İlham Əliyevin baş nazirlik postundan prezidentlik postuna keçid dövrünü daha çox xatırladır. Həmin illərdə də hakim komanda da İlham Əliyevin prezident olaraq hadisələrə nəzarət edəcəyinə komanda üzvləri o qədər də inanmır və buna görə mərkəzdən qaçma meyilləri açıq şəkildə görünürdü. Sadəcə olaraq o zaman İlham Əliyevə sədaqətli olan məmurlar daha çox idi. Bunun isə bir sıra başqa səbəbləri var idi. Bu gün yenə ortada tərəddüd var və tərəddüd o səviyyədədir ki, 2013-cü il prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizəd olmasına belə şübhə ilə yanaşanlar çoxluq təşkil edir. PAT.AZ olaraq apardığımız sosial sorğular belə təsdiqləyir ki, bu gün cəmiyyətin bütün qatlarında, istər passiv topluda, istər aktiv olsalarda hadisələrin iştirakçısı olmayan təbəqədə, istərsədə aktiv olmaqla yanaşı hadisələrin gedişatına təsir etmə gücündə olan komanda da eyni inamsızlıq və biganəlik var. Bundan başqa PAT.AZ olaraq apardığımız müşahidələr təsdiqləyir ki, bu gün hakim komanda üzvlərinin böyük kəsimində EQO və FOBİYA problemi var və bu təzad bu təbəqənin istənilən addıma əl atmasına imkan yaradır. Beləliklə yuxarıda göstərdiyimiz səbəblər ortaya aşağıdakı reallığı çıxarır. 1. Mövcud hakimiyyəti artıq hansısa ideoloji əsaslarla idarə etmək mümkün deyil 2. Mövcud komanda üzvlərinin hansısa maddi maraqlarını təmin etməklə idarə etmək mümkün deyil 3. Mövcud komanda üzvlərini birləşdirəcək hansısa mənəvi dəyərlər formalaşdırmaq mümkün deyil. Belə olan halda isə tək bir yol qalır- MÜTLƏQ HALDA REPRESİYALARA BAŞLAMAQ. Ən qəbulolunmaz bu yolu seçmək isə artıq məcburiyyətdəndir. Represiyanın ilk hədəfi isə hakim komanda üzvləri olsada, növbəti gedişatda toplumda hədəfə alınacaq. Nəyə görə? a) Korrupsiyaya və rüşvətə qarşı mübarizə adı ilə nisbətən orta və passiv olan iri bəzi məmurlar sıradan çıxarılır b) Hakim komandaya xəyanətdə suçlandırılaraq bir neçə iri çaplı məmur sıradan çıxarılır (Əli İnsanov və Fərhad Əliyev praktikası) c) Cəmiyyətin bu represiyalardan ruhlanaraq hakimiyyətə qarşı aqressiv mövqe sərgimələrinin qarşısını almaq və qorxu hissini qoruyub saxlamaq üçün zərurəti nəzərə alınacaq və represiyya dalğası genişləndiriləcək. Amma bunun üçün zamanın bəs edəcəyini, kənar güclərin buna reaksiyasını demək hələ tezdir. Geri qayıt |