Əsas Səhifə > Güney Press, Üçüncü sektor > GƏNCƏDƏ DİRİ HEYVANIN QİYMƏTİ BAHALAŞIB

GƏNCƏDƏ DİRİ HEYVANIN QİYMƏTİ BAHALAŞIB


22-10-2012, 11:19
GƏNCƏDƏ DİRİ HEYVANIN QİYMƏTİ BAHALAŞIB
AMMA ƏTİN QİYMƏTİ QALXMAYIB

Qurban bayramı ərəfəsində Gəncənin Göygöl ərazisində yerləşən mal bazarında diri heyvanın qiyməti ət satışı ilə müqyisədə bahalanıb.

SalamNews-un bölgə müxbiri xəbər verir ki, alıcıların fikrincə, bahalığı alverçilər yaradırlar. Bazarda baytar nəzarəti də normal qaydada həyata keçirilir. Daxil olan heyvanlar müayinə edilir, arayış verildikdən sonra satışa buraxılır. Polisin nəzarəti, baytarlıq idarəsinin mütəxəssizlərinin fəaliyyəti ilk növbədə sağlamlığı və, asayişi təmin edir.

Baytar həkim Kazım Kazımov deyib ki, bazara Samux, Daşkəsən, Goranboy, Şəmkir və Göygöl rayonlarından gətirilən heyvanlar müayinə edilir. Gücləndirilmiş iş rejimində çalışırıq və indiyədək xəstə heyvan aşkarlanmayıb.

Geri qayıt