Əsas Səhifə > Güney Press, Araşdırma > ƏLİ İNSANOVUN QIZI MƏHƏRRƏM ƏLİYEVİN OĞLUNA QARŞI

ƏLİ İNSANOVUN QIZI MƏHƏRRƏM ƏLİYEVİN OĞLUNA QARŞI


22-10-2012, 11:31
ƏLİ İNSANOVUN QIZI MƏHƏRRƏM ƏLİYEVİN OĞLUNA QARŞI
MƏHKƏMƏ DAVAM EDİR

2005-ci ilin oktyabrında sabiq səhiyyə naziri Əli İnsanov həbs edildikdən sonra onun yeganə qızı Ayla İnsanovla ailə həyatı qurmuş Bakı Şəhər Baş Polis İdarəsinin ozamankı rəisi, general Məhərrəm Əliyevin oğlu Polad Əliyevin ailəni dağıtması cəmiyyətdə birmənalı qarşılanmasa da, həmin boşanmanın fəsadları hələ də davam edir.

DİA.AZ "Reytinq» qəzetinə istinadən xəbər verir ki, daxil olan məlumata görə, boşanmadan sonra məhkəmənin qərarı ilə yaşadıqları mənzili Ayla İnsanovaya (Əliyeva) verməyə məcbur olan Polad Əliyev bu günədək nə həmin mənzilin rəsmiləşdirilməsinə, nə də digər mənfəətlərin bölünməsinə şərait yaradıb: «General oğlunun keçmiş ailəsinə qarşı bu hərəkəti narazılıq doğurub. Buna görə də Ayla İnsanova Polad Əliyevin bu hərəkətindən məhkəməyə müraciət edib. İşə Nərimanov rayon Məhkəməsində baxılıb. İş hazırda Bakı Apelyasiya Məhkəməsində araşdırılır».

Məlumata görə, Məhərrəm Əliyevin oğlunun cavabdeh kimi cəlb edildiyi və Bakı Apellyasiya Məhkəməsində icraata qəbul edilmiş məhkəmə işinə bu həftə start veriləcək: «İşə hakim İsmayıl Vəliyevin sədrlik etdiyi məhkəmə heyəti baxacaq. Həmin prosesdə də Ayla İnsanovanın (Əliyeva) Polad Əliyevdən «Mənzilin rəsmiləşdirilməsi və digər mənfəətlərin bölünməsi»ndən bəhs edən şikayətinə hüquqi qiymət veriləcək».

Geri qayıt