Əsas Səhifə > Partiya > DİNDARIN HƏBSİ XƏBƏRİ TƏSDİQLƏNDİ

DİNDARIN HƏBSİ XƏBƏRİ TƏSDİQLƏNDİ


22-10-2012, 12:40
DİNDARIN HƏBSİ XƏBƏRİ TƏSDİQLƏNDİ
ONUN EVİNDƏN SİLAH ÇIXIB

Ehsan Zahidov: "Cavid Məmmədovun həbsi ilə bağlı deyilən məlumatlar doğrudur"

Dindarlar arasında Şeyx Cavid kimi tanınan ruhani Cavid Məmmədovun qanunsuz silah, dini ədəbiyyat saxlamaq və aksiya təşkil etməkdə ittiham edilərək həbs olunması ilə bağlı mediada məlumat yayılmışdı. Lakin ruhaninin həbs edilməsi ilə bağlı hər hansı bir rəsmi açıqlama verilmirdi. Ruhaninin həbs edilməsi artıq rəsmi təsdiqini tapıb. Bu barədə FaktXeber.com-a Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. DİN rəsmisi bildirdi ki, Cavid Məmmədov həbsi ilə bağlı deyilən məlumatlar doğrudur. Ruhaninin evində axtarış aparılaraq silah və xarici valyuta aşkar edilib.

İlahiyyatçının yaxınları bildiriblər ki, hacının adının mətbuatda 5 oktyabr "Hicaba azadlıq" aksiyasını təşkilatçısı kimi hallanması yalan məlumatdır. Cavid gününü məsciddə dərs deməklə keçirirdi. Ümid edirik nəsə yanlışlıq olub.

Geri qayıt