Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “PUTİNİN DOSTU” 75 MİN MANAT XƏRCƏ DÜŞÜB

“PUTİNİN DOSTU” 75 MİN MANAT XƏRCƏ DÜŞÜB


22-10-2012, 13:16
“PUTİNİN DOSTU” 75 MİN MANAT XƏRCƏ DÜŞÜB
DADP-NİN ALQI-SATQI İŞİ NECƏ BAŞ TUTUB?

DİA.AZ: - Son günlər Demokratik Azərbaycan Dünyası Partiyası ətrafında baş verən hadisələr səngimək bilmir. Bir müddət əvvəl Məmməd Əlizadənin partiyanı Mirkazım Seyidova satması haqqında məlumat yayılmış, Məmməd Əlizadə bunu partiyanın xərcləri ilə əlaqələndirmişdi.

İndi isə daha dəqiq məlumat yayılıb: Məmməd Əlizadə partiyanı satıb. 75 min manata, özü də partiyanın hazırki sədri Fatma Əliyevaya. Qeyd edək ki, Farma Əliyeva da Rəbiyyət Aslanovanın qohumudur. Və bəzi KİV-lər yazır ki, tanınmış iş adamı, cəmiyyət arasında “Putinin dostu” kimi tanınan İlham Rəhimov DADP-yə sədr gələcək. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, partiyanın pulunu da elə “Putinin dostu” verib.

Geri qayıt