Əsas Səhifə > Sosial, Manşet > ƏHMƏDOVA BARƏSİNDƏ HƏBS QƏRARI VERİLƏ BİLƏR
ƏHMƏDOVA BARƏSİNDƏ HƏBS QƏRARI VERİLƏ BİLƏR23-10-2012, 09:45 |
VİDEOQALMAQAL HAKİMİYYƏTİÇİ MÜNASİBƏTLƏRİ DAHA DA GƏRİLDİB DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaratdığı videoqalmaqal nəticəsində mandatını əldən verən və barəsində cinayət işi qaldırılan Gülər Əhmədova həbs oluna bilər. Bu şok məlumatı redaksiyamıza hökumət içindəki mötəbər mənbə verib. Qaynağın DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, konkret şəkildə dələduzluqda ittiham olunan Gülər Əhmədova ilə bağlı qərar verilib və yaxın günlərdə məsələ ilə bağlı hərəkətə keçiləcək. Bildirək ki, hətta bu gün keçmiş deputatın himayədarı kimi təqdim edilən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də baş verənləri dələduzluq kimi qiymətləndirdi. Doğrudur, PA şefinin adından mətbuata yayılan açıqlamadan belə qənaət hasil olurdu ki, həm Elşad Abdullayev və həm də Gülər Əhmədova dələduzluq ediblər, amma açılan cinayət işində konkret bir ittiham olunan tərəf var ki, o da Gülər Əhmədovadır. Mənbəmiz bildirir ki, hadisələrin bu şəkildə inkişaf etdirilməsi bu gün videoqalmaqalın fonunda baş verən hakimiyyətiçi olayların diqtəsidir: «Artıq tərəflər qəti addımlar atmaq fikrinə düşdüklərindən, radikal qərarların verilməsi gözləniləndir». Geri qayıt |