Əsas Səhifə > Dünya > 48 FAİZLƏ PREZİDENT OLMAQ İSTƏYİR

48 FAİZLƏ PREZİDENT OLMAQ İSTƏYİR


23-10-2012, 10:13
48 FAİZLƏ PREZİDENT OLMAQ İSTƏYİR
OBAMA SON DEBATDA ÖNƏ ÇIXIB

CNN telekanalının tamaşaçılar arasında keçirdiyi sorğunun nəticələrinə görə, prezident seçkiləri ərəfəsində keçirilən debatların qalibi Barak Obama olub.

APA-nın məlumatına görə, tamaşaçıların 48 faizi Barak Obamanı, 40 faizi isə Mitt Romnini dəstəkləyib. Bununla belə namizədlərdən heç biri tamaşaçıların əksəriyyətinin dəstəyini qazana bilməyib. Respondentlərin 24 faizi seçkilərdə Barak Obamanı, 25 faizi isə Mitt Romnini dəstəkləməyə hazır olduğunu bildirib. Florida ştatında keçirilən debatlar sayca dördüncü və sonuncu olub. Bu dəfə debatlar ABŞ-ın xarici siyasəti ətrafında aparılıb. Keçirilən ictimai rəy sorğularına görə, bundan əvvəlki debatın qalibi də Barak Obama olub, vitse-prezident postuna namizədlər Co Bayden və Pol Rayan arasında debatlar isə heç-heçə yekunlaşıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 6-da keçiriləcək.

Geri qayıt