Əsas Səhifə > Dünya > BERLUSKONİ DƏ GEDİR
BERLUSKONİ DƏ GEDİR9-11-2011, 11:26 |
O, İSTEFA VERMƏYƏ HAZIR OLDUĞUNU BƏYAN EDİB İtaliyanın baş naziri Silvio Berluskoni parlament iqtisadi islahatlar planını təsdiqlədikdən sonra istefaya getməyə hazır olduğunu açıqlayıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, parlamentin hər iki palatasında bu ay islahatlar planına dair səsvermə keçirilməlidir. S. Berluskoninin istefasından sonra prezident Corco Napolitano yeni hökumətin formalaşdırılması üçün məsləhətləşmələrə başlayacaq. Qeyd edək ki, Avropa Birliyi ölkələrinin liderləri İtaliyadan dövlət borclarını azaldacaq və ölkə iqtisadiyyatını stimullaşdıracaq bir sıra iqtisadi tədbirlərin həyata keçirilməsini tələb edir. Geri qayıt |