Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏDİN 70 MİLYARDI VAR

BƏŞƏR ƏSƏDİN 70 MİLYARDI VAR


23-10-2012, 10:59
BƏŞƏR ƏSƏDİN 70 MİLYARDI VAR
QƏDDAFİNİN 3 DƏFƏ ARTIQ İDİ, XİLAS OLA BİLMƏDİ

“İnvestopedia” saytı dünyanın ən varlı səkkiz diktatorunun adını açıqlayıb. Modern.az bildirir ki, siyahıya hakimiyyətdən salınmış, vəfat etmiş və ya hazırda hakimiyyətdə olan beş ərəb dövlət başçısı daxildir.

Siyahıya Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafi rəhbərlik edir. Qəddafidən əlavə daha dörd ərəb dövlət rəhbəri bura daxildir. Bunlar, Suriya prezidenti Bəşər Əsəd, 70 milyard dollarlıq sərvəti ilə Misirin keçmiş prezidenti Hüsnü Mübarək, 32 milyard dollarlıq sərvəti ilə Yəmənin keçmiş prezidenti Əli Abdullah Saleh və 7 milyard dollarlıq sərvəti ilə Tunisin sabiq prezidenti Zeyn Əl Abidin Ben Əli daxildir.

Suriya prezidenti Bəşər Əsədin şəxsi sərvətinin 1.5 milyard dollar olduğu, lakin ümumilikdə Əsəd ailəsinin sərvəti əlavə olunduqda bu miqdarın 122 milyard dollara çatdığı bildirilib.

Geri qayıt