Əsas Səhifə > Sosial, Manşet > RAMİZ MEHDİYEV AZƏRBAYCANI TƏRK EDƏ BİLƏR
RAMİZ MEHDİYEV AZƏRBAYCANI TƏRK EDƏ BİLƏR23-10-2012, 11:26 |
HAKİMİYYƏT İÇİNDƏ İKİTİRƏLİK YARANIB: PA ŞEFİ MÜALİCƏDƏDİR DİA.AZ: - 2013-cü ilin 16 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə tədarük hakimiyyət içində ikitirəliyə nədən olub. Bu barədə məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaq ötürüb. Mənbənin bildirdiyinə görə, son günlər mövqeləri laxlayan Prezident Administrasiyasının rəhbərliyi ilə hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi eyni vaxtda rayon icra hakimiyyətlərinə qarşıdan gələn prezident seçkilərilə bağlı ayrı-ayrı tapşırıqlar yollayıblar. Məlumatı verən mənbə bildirir ki, ilk dəfədir belə bir hadisə ilə üzləşən rayon rəhbərləri nə edəcəklərini müəyyən edə bilmirlər. Mənbənin söylədikləri: «Tam çaşqınlıq vəziyyətidir. Doğrudur, bütün rayonlara eyni qaydada təlimatlar göndərilməyib. Amma baş verənlərin özü belə hakimiyyət üçün ilk dəfə olduğundan, daxili böhranın təzahürləri çox ciddi problemlərə gətirib çıxara bilər». Onu da qeyd edək ki, lisenziyası ləğv edilmiş ABU-nun keçmiş rektoru Elşad Abdullayevin açıqladığı gizli videoçəkilişin ardından Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı hücumlar artıb və hətta onun vəzifəsindən alınacağı barədə də şaiyələr yayılıb. Bir başqa qaynaqlar isə iddia edir ki, Ramiz Mehdiyev könüllü şəkildə istefa vermək fikrindədir. Və o, bu addımını səhhətindəki problemlərlə əlaqələndirir. Bu barədə DİA.AZ-ın əldə etdiyi məlumatlarda vurğulanır ki, hələlik Bakıda olmasına rəğmən PA rəhbəri davamlı şəkildə səhhəti ilə əlaqədar Azərbaycanı tərk etmək zorunda qalır və onun yaxın günlərdə uzunmüddətli müalicə üçün ölkədən getməsi də gözləniləndir. Geri qayıt |