Əsas Səhifə > Sosial, Manşet > GƏNC AİLƏLƏR ÜÇÜN MÜJDƏ!

GƏNC AİLƏLƏR ÜÇÜN MÜJDƏ!


9-11-2011, 12:35
GƏNC AİLƏLƏR ÜÇÜN MÜJDƏ!

DÖVLƏT HƏR AİLƏYƏ 2000 MANAT YARDIM AYIRIR

DİA.AZ: - Redaksiyamıza çox ilginc məlumat daxil olub. Hakimiyyət içindəki mötəbər mənbədən «Dünya» İnformasiya agentliyi redaksiyasına (dia-az.life) ötürülən məlumatda bildirilir ki, bütün büdcə təşkilatlarında çalışanların maaşlarının gələn ilin əvvəlindən etibarən qaldırılması niyyətindən çıxış edən Azərbaycan hökuməti əhalinin sosial-rifahının yüksəldilməsi yönündə də müəyyən tədbirlər planı ətrafında düşünür.

Bu barədə qaynağımızın iddia etdikləri: «Araşdırmalar və reallıq da təsdiqləyir ki, bu gün azərbaycanda yeni qurulan ailələrin sayını dağılan ailələr üstələmə həddinə çatıb. Bu isə sırf olaraq maddi dolanışıqla bağlı olan məsələdir. Artıq hər il Azərbaycanda minlərlə ailə dağılır. Məsələnin bu həddi rəsmi Bakını da narahat etməyə başlayıb. Çünki dağılan ailələr enində-sonunda hakimiyyətə qarşı narazı qrupların formalaşmasını stimullaşdıran başlıca şərtlərdən biridir».

Mənbəmiz bildirir ki, bu günlərdə Prezident administrasiyasında birbaşa olaraq dövlət başçısının təşəbbüsü ilə qapalı toplantı keçirilib: «Həmin toplantıda durumun acınacaqlı həddi müzakirə olunub. Və qərara alınıb ki, Gənc Ailələrin Mühafizəsi İdarəsi adlı yeni struktur yaradılsın və bu strukturun inkişafı yönündə ciddi maliyyə vəsaiti xərclənsin».

Toplantıda verilən ən mühüm qərarın isə Azərbaycanda gənc ailələr üçün dövlətin planlaşdırdığı addımdır. Bu barədə danışan mənbəmiz bildirir ki, hər bir gənc ailəyə qrşılıqsız olaraq dövlət büdcəsindən 2000 manat məbləğində vəsaitin ayrılması planlaşdırılır: «Bu proses gələn ilin yanvar ayından başlayacaq. Artıq gənc ailələrin siyahıya alınması işi həyata keçirilir».


Geri qayıt