Əsas Səhifə > Güney Press, Araşdırma > BAKIDA TÜRK ŞİRKƏTİNƏ QARŞI 115 MİN MANATLIQ İDDİA

BAKIDA TÜRK ŞİRKƏTİNƏ QARŞI 115 MİN MANATLIQ İDDİA


24-10-2012, 11:41
BAKIDA TÜRK ŞİRKƏTİNƏ QARŞI 115 MİN MANATLIQ İDDİA
ŞİRKƏT İSƏ ÖZÜNÜ HAQLI SAYIR

Bakıda Xətai metrosunun yaxınlığında ümumi dəyəri 75 milyon manat təşkil edən «Xətai yaşayış komleksi» inşa edən və türkiyəli iş adamlarına məxsus olan “Hom Paş Prestij” MTK ilə Azərbaycan vətəndaşı Turanə Həsənova arasında təqribən 115 min manatlıq qalmaqal üzrə məhkəmə prosesi davam edir.

Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) daxil olan məlumatda bildirilir ki, yaşayış komleksindən mənzil alan Turanə Həsənova yaranmış mübahisələrdən sonra bağlanmış müqavilənin ləğv edilməsi ilə bərabər, şirkətdən ümumilikdə 114 min 200 manat pul tələb edir: «Xətai Rayon Məhkəməsi bu iddianı təmin edib. İş qarşı tərəfin şikayəti ilə hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Raqub Qurbanovun sədrlik etdiyi hakimlər heyəti tərəfindən
araşdırılır».

Məlumata görə, hakim Raqub Qurbanov oktyabrın 22-də iş üzrə təyin olunmuş prosesdə qərarını elan etməyib: «Şikayət noyabrın 15-də araşdırılacaq».

Məsələ ilə bağlı mia.az-a açıqlama verən şirkətin baş direktoru Hikmət Yigitdöl Turanə Həsənovanın adına rəsmiləşdirilmiş mənzillə bağlı məhkəmə mübahisələrinin olduğunu təsdiqləyib: «Əvvəllər o xanımı tanımamışam. Bir neçə il əvvəl tanışları Asif Vaqifoğlu onlardan 84 min manat pul alıb, buradan mənzil verəcəyini deyib. Sonradan Asif qaçıb yoxa çıxdı. Həmin xanım və qohumları gəlib dedilər ki, burada bizim mənzilimiz var. Onlara «problemi Asiflə həll edin» desək də, nəticə olmadı. İnsanlıq naminə onlara kömək edib, yeni müqavilə ilə mənzil verdik. Bir müddət sonra isə gəlib mənzili deyil, pulu tələb etməyə başladılar. Razılaşmayanda isə məhkəməyə verdi».

Hikmət Hikmət Yigitdöl deyib ki, Turanə Həsənova Xətai Rayon Məhkəməsində onlara qarşı 84 min manat və əlavə təzminat tələbi qaldırıb: «Bəli, məhkəmədə o, qalib gəldi. İndi işi Bakı Apellyasiya Məhkəməsi araşdırılır. Şəxsən mən Xətai Məhkəməsinin qətnaməsindən məhkəməyə müraciət etmişəm. Bizim burada bir suçumuz yoxdur. Kiminlə iş görüblər, gedib onlardan pullarını alsınlar...».

Çox çalışsaq da, iddiaçı Turanə Həsənovanın koordinatlarını tapa bilmədiyimizdən mövqeyini öyrənə bilmədik. Onu da dinləməyə hazırıq.

Geri qayıt