Əsas Səhifə > Dünya > TÜRKİYƏ HƏLƏ DƏ ÜMİD EDİR Kİ...
TÜRKİYƏ HƏLƏ DƏ ÜMİD EDİR Kİ...24-10-2012, 12:46 |
İSRAİL TƏRƏFİ ÖZ SƏHVLƏRİNİ DÜZƏLDƏCƏK Türkiyə İsrailin Ankaraya münasibətdə öz səhvlərini düzəldəcəyini gözləyir və yalnız bundan sonra ölkələr arasında münasibətlərin normallaşdırılması barədə danışmaq olar. Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. "Türkiyə İsraillə münasibətlərin normallaşdırılmasından qaçmır. Amma bunun üçün İsrailin öz səhvlərini anlaması və bu səhvləri düzəltmək üçün addımlar atması vacibdir", - Davudoğlu deyib. Nazirin sözlərinə görə, İsrail Türkiyə ilə xoş münasibətləri bərpa etmək arzusunu təkcə KİV vasitəsilə deyil, bir sıra ölkələrin xarici işlər nazirləri vasitəsilə də izhar edir. Bir müddət əvvəl İsrail XİN məlumat verib ki, Təl-Əviv hər hansı ilkin şərt olmadan Ankara ilə münasibətlərin normallaşdırılması üçün danışıqlar masası arxasına oturmağa hazırdır. Hərbi-siyasi sahədə sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasında münasibətlər 2010-cu il mayın 31-də İsrail xüsusi təyinatlılarının Qəzzaya gedən "Azadlıq donanması" dəniz humanitar karvanına hücum etməsindən sonra kəskin şəkildə pisləşib. Geri qayıt |