Əsas Səhifə > Dünya > GÜRCÜLƏR DƏLİ OLUB
GÜRCÜLƏR DƏLİ OLUB9-11-2011, 12:48 |
RUSLARA GÜRCÜSTANA ONLARSIZ SƏRHƏD CIZIR Gürcüstan XİN Moskva və Suxuminin "Rusiya-Abxaziya sərhədlərinin delimitasiyası" üzrə danışıqlar aparmasına etirazını ifadə edib. "Noyabrın 8-də KİV-də belə bir məlumat yayılıb ki, Suxumidə (Gürcüstan, Abxaziya) Rusiya və işğalçı Abxaziya rejimi nümayəndələrinin "Rusiya Federasiyası və Abxaziya Respublikasının dövlət sərhədlərinin delimitasiyası və dəniz məkanının müəyyən edilməsi məsələsi" üzrə üçüncü görüşü keçirilir", - XİN-in bəyanatda deyilir. Bununla əlaqədar, Gürcüstanın Xarici İşlər Nazirliyi bəyan edir ki, beynəlxalq hüquq baxımından bu "danışıqlar" qanunsuzdur və əldə olunacaq saziş heç bir hüquqi nəticəyə malik olmayacaq. "Gürcüstanın dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası (həm quru sərhədləri, həm də dəniz məkanının müəyyən edilməsi üzrə) danışıqların aparılmasının mümkün olduğu yeganə tərəf isə Gürcüstanın mərkəzi hakimiyyətidir", - Gürcüstan XİN-in rəsmi bəyanatında bildirilir. 2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və tanınmamış iki respublikanı işğal olunmuş ərazilər elan edib. Geri qayıt |