Əsas Səhifə > Şou-biznes > RÖYA TOYDAN NİYƏ QORXUR?

RÖYA TOYDAN NİYƏ QORXUR?


9-11-2011, 12:52
RÖYA TOYDAN NİYƏ QORXUR?

“HƏLƏLİK YALNIZ MAHNILARLA MƏŞĞULAM”

Populyar müğənni Röya ATV-nin "10-lar" verilişində qışda Heydər Əliyev sarayında verəcəyi konsertdən danışıb.

Məlumata görə, o, bu dəfə 2009-cu ildəkindən fərqli konsert təşkil edəcəyini söyləyib: "Hələlik yalnız mahnılarla məşğulam. Geyimlər hazır deyil".

Röya toylarda özünü itirdiyini deyib:

"Toyda oxuduqda donub qalıram. Birdən bilmədiyim mahnı sifariş etdilər? Son dəfə o qədər əsəb keçirdim ki, bütün xalq mahnılarını unutdum. Firuzə İbadova yadıma salmaq üçün qulağıma pıçıldasa da, alınmadı. Bu, ancaq toyda ola bilər. Konsertdə isə nə istəsələr, oxuya bilərəm".


Geri qayıt