Əsas Səhifə > Sosial, Manşet > RAMİZ MEHDİYEVİN TALEYİ MOSKVADA HƏLL OLUNUR

RAMİZ MEHDİYEVİN TALEYİ MOSKVADA HƏLL OLUNUR


28-10-2012, 12:15
RAMİZ MEHDİYEVİN TALEYİ MOSKVADA HƏLL OLUNUR
YENİ YARANMIŞ TƏŞKİLAT GƏLƏN HƏFTƏDƏN FƏALLAŞMA KURSU GÖTÜRÜR

DİA.AZ: - Bir neçə gün əvvəl əsası qoyulan və qısa müddətdən sonra aqibəti sual altına düşən Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. DİA.AZ-a Moskvada yaşayan soydaşlarımız tərəfindən ötürülən xəbərlərdən aydın olur ki, ÜATİ-nin yenidən canlandırılması üçün hərəkətə keçilib və gələn həftədən etibarən təşkilat özünün tam olaraq fəallaşmasını elan edəcək.

Artıq bu yöndə kifayət qədər ciddi addımların atıldığını bildirən mənbəmiz əlavə etdi ki, bir neçə gün əvvəl ÜATİ-nin sədri kimi Azərbaycan prezidenti İlham Əliyevlə görüşəndən sonra, yeni qurumun aqibətinə aydınlıq gətirəcəyini bildirən baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun ÜATİ-də qalıb-qalmama məsələsi də gələn həftə məlum olacaq.

Mənbəmiz bildirir: «Abbas Abbasov digər ÜATİ qurucularından fərqli olaraq Bakı ilə daha ehtiyatlı davranmağın tərəfdarıdır. Amma o, bu məsələdə yalnızdır və bu səbəbdən təşkilat onun iştirakı olmadan belə fəaliyyətini yürütmək fikrindədir».

Onu da bildirək ki, yeni yaranmış qurumun Kremlin sifarişi ilə ərsəyə gəlməsi fikrinə münasibətini açıqlayan təşkilatın qurucularından biri - prezident İlham Əliyevin qudası, tanınmış iş adamı Araza Ağalarovbu xəbəri təkzib etməklə yanaşı, mətbuata verdiyi açıqlamasında ÜATİ-nin fəaliyyətini davam etdirəcəyini də bildirib.

DİA.AZ-ın əldə etdiyi informasiyalarda isə bildirilir ki, əslində ÜATİ-yə rəsmi Bakının xeyir-dua verməsi imkansızdır və Araz Ağalarovun bu qaydada israrlı mövqe nümayiş etdirməsi çox ciddi fikir ayrılığının və həmçinin çox ciddi hadisələrin meydana çıxacağından xəbər verir: «Moskva Azərbaycanla yeni siyasi körpülər yaradır. Azərbaycan isə bu körpünün araçılığı qəbul etmək istəmir. Və bu məsələdə, hələ də hakimiyyət içində kifayət qədər güclü mövqe sahibi olan rusiyayanlı Ramiz Mehdiyev qruplaşmasının müstəsna rolu var. Son zamanlar Ramiz Mehdiyevin hədəfə alınması fonunda Rusiyaya doğru salınan yeni körpünü zəruri etsə də, hələ də güclü olan Ramiz Mehdiyev qanadı vəziyyəti kontrol altında saxlamağa çalışır».

Buradan yola çıxan mənbəmiz bildirir ki, əslində həm Elşad Abdullayevlə başlanan proseslər və həm də Rusiyadan start götürən yeniliklər Ramiz Mehdiyevin zərərsizləşdirilməsi üçün atılan addımlar kimi qəbul olunmalıdır. Və hiss olunanı odur ki, artıq Kreml də Mehdiyevin arxasından geri çəkilib.

Geri qayıt