Əsas Səhifə > Güney Press, Üçüncü sektor > VİLYAM HACIYEV MƏMURLARA KÜÇƏ SÜPÜRTDÜRÜR

VİLYAM HACIYEV MƏMURLARA KÜÇƏ SÜPÜRTDÜRÜR


28-10-2012, 14:13
VİLYAM HACIYEV MƏMURLARA KÜÇƏ SÜPÜRTDÜRÜR
İMİŞLİ PREZİDENTİN GƏLİŞİNƏ HAZIRLANIR

Xəbər verdiyimiz kimi ölkə prezidenti İlham Əliyev regionlarda həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış olmaq məqsədilə bölgələrə səfərləri çərçivəsində yaxın günlərdə İmişli rayonuna səfər edəcək.

Artıq səfər öncəsi prezidentin təhlükəsizliyindən birbaşa məsul olan general Vahid Axundovun İmişliyə səfər etdiyini və burada vəziyyətlə tanış olduğu haqqında məlumat vermişdik. Bildirilir ki, İmişlinin icra başçısı bu səfər öncəsi yaman təlaş içərisindədir. Elə bu səbəbdən də Vilyam Hacıyev prezidentin keçəcəyi küçə və prospektləri güllü-gülüstana çevirməkdədir.

"Vətəninfo.az"ın İmişlidən əldə etdiyi ən son məlumata görə. Vilyam Hacıyev bu məqsədlə rayonun bütün dövlət orqanlarını, məktəblərini küçələrə töküb, idarə müəsissə rəhbərlərinə və işçilərinə küçələri təmizlətməsi azmış kimi, rayon məktəblərinin müəllim və şagirdlərini də bu işə qoşub.

Əsasən abadlıq və təmizlik işləri Heydər Əliyev prospektində və Heydər Əliyevin adını daşıyan mərkəz ətrafında aparılır. Amma görəsən Vilyam Hacıyev ölkə prezidentinə Məhəmməd Əsədov, Tofiq İsmayılov küçələrini, eyni zamanda hərbi hissənin yaxınlığındakı küçələri, yaxud da bu vətən üçün canından keçərək şəhid olan Rövşən Bağırovun adını daşıyan küçələri də ölkə rəhbərinə göstərəcəkmi? Yoxsa yenə də əvvəlki adətinə sadiq qalaraq kosmetikaladığı əraziləri dövlət başçısına göstərəcək? Bunu demək çətindir. Amma görünən kəndə nə bələdçi? Vilyam Hacıyev işlərin altından necə çıxıldığın hər kəsdən yaxşı bilir. Yəni Vilyamabad onun əlindədirsə, deməli istədiyini edəcək. Elə bizə də yazmaq qalacaq.

Geri qayıt