Əsas Səhifə > Sosial, Manşet > KƏMALƏDDİN HEYDƏROVUN GÖMRÜK MƏNGƏNƏSİ

KƏMALƏDDİN HEYDƏROVUN GÖMRÜK MƏNGƏNƏSİ


28-10-2012, 14:54
KƏMALƏDDİN HEYDƏROVUN GÖMRÜK MƏNGƏNƏSİ
HƏTTA NÜFUZLU MƏMURLAR BELƏ BU MƏNGƏNƏNİN HAQQINI ÖDƏMƏLİ OLUR

DİA.AZ: - Bir neçə gün əvvəl mətbuata şikayət edən Bakı sakini Qurban Tağıyevin narazılığı gömrükçülərdən idi. Təbii ki, son günlər göçrüklə bağlı vətəndaş şikayətlərinin artması fonunda müşahidə olunan susqunluq ayrı-ayrı gömrük məmurlarının özbaşınalıqlarını daha da artırmaları ilə müşaiyət olunmaqdadıq.

Konkret olaraq, Qurban Tağıyevin şikayətinə gəlincə isə, narazı bətəndaş bildirirdi ki, ucuz qiymətə maşın almaq üçün Gürcüstana gedib. Aldığı maşınla geri qayıdanda Azərbaycan sərhədində gömrükçülər ondan yüksək məbləğdə gömrük haqqı tələb ediblər.

«Mercedes-240»ü 4500 dollara almışam. Öz sərhədimizə çatanda gömrük işçiləri dedilər ki, «rastamojka» 4800 manat məbləğindədir. Etiraz etdim, Çünki maşının qiymətindən də iki dəfə artıq pul istəyirdilər. Çox mübahisələrdən sonra dedilər xeyri yoxdur, maşın gömrüyün avtodayanacağına qoyulmalıdır, nə vaxt gömrük rüsumunu ödəyərsən, onda maşınını sürüb apararsan. Maşınım hələ də ordadır».

Qurban Tağıyev deyir ki, maşın 20 günə yaxındır dayanacaqda qalıb: «20 gündür hər yerə yazıram. Gömrük Komitəsinə gedirəm, heç qapıdan içəri buraxmırlar».

DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, Qurban Tağıyevin problemi hələ də həll olunmamış qalır. Amma bu da anlaşılandır. Mənbəmiz bildirir ki, bu gün idxal olunan avtomobillərin «rastomojka»sı konkret olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumlarının birinin şəxsi biznes sahəsi hesab olunduğundan hətta bəzi iriranqlı məmurlar belə, tələb olunan rüşvəti ödəmədən xaricdən gətirdikləri maşını ölkəyə keçirə bilmirlər.

Bu barədə danışan mənbəmiz bildirir ki, şəxsən Kəmaləddin Heydərovun göstərişi ilə həyata keçirilən bu proses bir neçə gün əvvəl nüfuzlu məmurlardan birini də problemlə üz-üzə qoyub: «Kifayət qədər tanınan məmurlardan biri Azərbaycana qiyməti 170 min ABŞ dollarına olan maşın gətirtmək istəyib. Və bu zaman ondan az qala maşının tən yarısının qiymətinə yaxın - 50 min dollar təkcə rüşvət istənilib. Həmin məmur bu pulu ödəmək istəməyib və özünün kimliyindən istifadə etmək fikrinə düşüb. Amma yenə də gömrükçülər geri çəkilməyib və hətta həmin məmura bildiriblər ki, bu məsələdə birbaşa olaraq filankəs müəllim maraqlıdır və əgər istəyirsə, o zaman şəxsən Kəmaləddin Heydərova müraciət etsin, o da həmin filankəs müəllimə söyləyər və bununla da gömrükdən azad olar».

Mənbəmiz onu da bildirdi ki, hətta bu halda belə həmin məmur idxal etdiyi maşını üçün tələb olunan rüşvəti ödəmək zorunda qalıb. Bu fakt isə onu göstərir ki, Kəmaləddin Heydərovun gömrük məngənəsində təhkcə sıradan vətəndaşlar deyil, həm də məmurlar sıxışdırılır.

Geri qayıt