Əsas Səhifə > Dünya > “BU, ÇOX TƏHLÜKƏLİ BİR OYUNDUR”
“BU, ÇOX TƏHLÜKƏLİ BİR OYUNDUR”9-11-2011, 13:50 |
İRAN BMT-NİN HESABATINI QƏBUL ETMİR İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) yeni hesabatını rədd edib. Onun siyasi xarakterli olduğunu bildirib. Hesabatda deyilir ki, Tehran 2003-cü ilə qədər nüvə silahının istehsalı istiqamətində sınaq işləri aparıb və oxşar fəaliyyəti indi də davam etdirə bilər. İranın MAQATE-dəki səfiri Ali Asghar Soltanieh deyib ki, bu hesabat daha çox ABŞ-ın siyasi təzyiqinin nəticəsidir: «Beynəlxalq Atom Enerjisi Agentliyi indiyədək 4 minə qədər yoxlama aparıb. Hərbi təyinatlı bir qram belə material tapıbmı? Agentlik hansısa silah tapıbmı? Bu çox təhlükəli bir oyundur. Mən beynəlxalq ictimaiyyəti və bütün sülhsevərləri bunun qarşısını almağa çağırıram». Bu arada ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edə biləcəyini açıqlayıb. Sanksiyalar İranın bankları və aparıcı şirkətlərinə qarşı olacaq. Geri qayıt |