Əsas Səhifə > Sosial, Manşet > PULU ÜSTÜN TUTUB, DÖVLƏTİ TƏHLÜKƏYƏ ATIRLAR

PULU ÜSTÜN TUTUB, DÖVLƏTİ TƏHLÜKƏYƏ ATIRLAR


29-10-2012, 09:15
PULU ÜSTÜN TUTUB, DÖVLƏTİ TƏHLÜKƏYƏ ATIRLAR
ERMƏNİLƏRLƏ QARDAŞLIĞI TƏBLİĞ EDƏN İCMANIN ARXASINDA KİM DAYANIR?

DİA.AZ: - Məlum olduğu kimi, “Yehovanın şahidləri” dini icması Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verib. Məlumata görə, iddiaçı qismində dini icma ilə yanaşı icmanın üzvləri Akçurina Gülsira Qayazovna və Məmmədəliyeva Kamila Şövkətovna da çıxış edir.

İcma və onun üzvləri dövlət komitəsindən maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Bundan başqa, digər tələblər də irəli sürülüb. Dini icma və tərəfdarlarının dövlət komitəsinə qarşı iddiasının səbəbi açıqlanmır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Hazırda işə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, “Yehovanın şahidləri” dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini əvvəllər də məhkəməyə verib. Hər halda, bu dini icmanın bu qədər qətiyyətli olmasının bir nədəni olmalıdır. Ən azından o səbəbə görə ki, torpaqlarının 20 faizi işğal altında olan, minlərlə şəhid verən bir ölkə üçün realda olduqca təhlükəli bir ideyanı təbliğ etməkdə olan bu dini cərəyanın bir güvəndiyi olmalıdır.

DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində də aydın olur ki, «Yehovanın şahidləri» dini icması öz üzvlərinə hər kəsin (ilk günlər) və xüsusən də ermənilərin (sonradan) qardaş olduğunu təbliğ etməklə yanaşı, silahlanmanı, silahı şeytan əməli kimi qəbul etdirməyə çalışırlar və eyni zamanda haqq dinimiz olan İslama bir düşmən fikri qəbul etdirirlər. Müharibə şəraitində olan bir ölkə üçün isə öz ideyaları ilə vətən, millət, Allah naminə cihada belə imkan yaradan müqəddəs İslamın nə qədər uyğun olduğunu bildiyimiz təqdirdə, qapılarımızı «Yehovanın şahidləri» kimi yabançı və həm də təhlükəli fikirlərə açmağımız ən yaxşı təqdimatda düşmənçilikdən başqa bir şey deyil.

Redaksiyamızın əldə etdiyi bilgilərdən isə aydın olur ki, bu təriqət də digər təhlükəli dini cərəyanlarda olduğu kimi birbaşa olaraq Prezident Administrasiyasında əyləşən və hakimiyyət dəhlizlərində «dindən pul çıxaranlar» kimi tanınan qruplaşmanın himayəsi altındadır. Bu barədə danışan mənbəmiz bildirir ki, Azərbaycanda rahat fəaliyyət göstərə bilmələri üçün «Yehovanın şahidləri» həmin şəbəkəyə bir il ərzində 10 milyon ABŞ dolları həcmində «vergi» ödəyirlər.

Geri qayıt