Əsas Səhifə > Güney Press, Araşdırma > AZƏRBAYCANLA ERMƏNİSTANIN OXŞAR CƏHƏTLƏRİ

AZƏRBAYCANLA ERMƏNİSTANIN OXŞAR CƏHƏTLƏRİ


29-10-2012, 09:40
AZƏRBAYCANLA ERMƏNİSTANIN OXŞAR CƏHƏTLƏRİ
VƏ YAXUD CƏNUBİ QAFQAZDA SEÇKİ MARAFONLARI

Cənubi Qafqazda müasir şəraitdə siyasi proseslərə, şübhəsiz, oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərinin yekunları ton verdi. Orada müxalifət partiyalarının "Gürcü arzusu" koalisiyası özü də gözləmədən təkcə ölkənin özündə yox, postsovet məkanında da tam yeni situasiya yaratdı.

Regionda seçkilərin ən əsas nəticəsi ilk dəfə prezident Mixail Saakaşvilinin komandasının hakimiyyəti dinc yolla Bedzina İvanişvilinin rəhbərliyi ilə müxalifət koalisiyasına verməsi oldu. Beləliklə, 2003-cü ildə başlanan “təkamül yolu ilə inqilab” gürcü eksperimenti Cənubi Qafqazda situasiyaya təsir etməkdə davam edir.

O da şübhə doğurmur ki, Gürcüstandakı yekunlar və hökumətin islahatların dərinləşdirilməsi üzrə növbəti addımları qonşu ölkələr olan Azərbaycan və Ermənistanda şüurlara və ovqata təsir edəcək. Bu artıq bu ölkələrin daxili siyasi həyatında sezilir. Yeni erməni parlamentində blok qarşıdurmasının güclənməsi və Azərbaycan hakimiyyətinin real müxalifətlə dialoqunun başlanması bu il yeni elementlər oldu.

Son üç il və qarşıdan gələn il deputat və prezidentlərin seçkisinin permanent fazaları kimi qeyd edilir. Burada seçki prosesində demokratik fonun autsayderi Azərbaycandır. Burada 2010-cu ilin parlament seçkiləri də regiondakı seçki marafonunda yanlış start oldu. Bu, bütün postsovet tarixində ən pis seçkilər idi və parlamentə bir müxalifətçi belə düşmədi. Amma hakimiyyət müxalifəti tam sıradan çıxarmaq, onu sistemdən kənarda qoymağa cəhd edərkən “ərəb baharı” reallığı və qonşu Qafqaz ölkələrində demokratikləşmə şəraitində tamam başqa effekt aldı. Hakimiyyət 2013-cü ilin prezident seçkiləri öncəsi İlham Əliyevin üçüncü müddətə namizədliyini verməsi cəhətdən özünü izolyasiya etmiş oldu. Bu, Qərb institutları üçün pis tondur. Müxtəlif proqramlar çərçivəsində münasibətlərin dərinləşməsi ilə bağlı rejimin onlardan asılılığı artır.

Hakimiyyət artıq əsəbi olub, bir yandan dialoq təklif edir, digər tərəfdən yığıncaq azadlığını daha da çətinləşdirir. Ermənistanda yığıncaq azadlığı Azərbaycan miqyasında problem deyil. Parlament seçkiləri orda nisbətən demokratik oldu. Hərçənd seçki prosesinin iştirakçılarının sayı saxtalaşdırıldı. Rəsmi məlumatlara görə, seçkidə 1 mln 572 min 518 seçici və ya elektoratın 62,33%-i iştirak edib. Gürcüstandakı proseslərin inkişafı şəraitində bu nəticə 2013-cü ilin fevralındakı prezident seçkilərin təsir edəcək. Serj Sərkisyan Avropa İttifaqı və ABŞ-ın arzu etdiyi islahatları gücləndirməyə çalışır, amma Gürcüstanda parlament seçkilərinin nəticələri təcrübəsi göstərir ki, indiki siyasi kontekstdə bu, yetərli olmaya bilər.

Şübhəsiz, vəziyyət necə dəyişsə də, Ermənsitandakı seçkilərdən tərəflərin siyasi maraqları üçün istifadə ediləcək, amma ölkədə demokratiyanın inkişafına ehtiyac duyan cəmiyyət üçün müsbət nəticələr labüddür.

Cənubi Qafqazdakı izləyərkən onu da sezməmək olmur ki, seçkilər regiona müsbət təsir edir, siyasi və sosial həyatda ciddi dəyişikliklərə gətirir, hakimiyyəti siyasi vıə iqtisadi islahatlara təhrik edir, nə vaxtsa ardıcıl olaraq səslərin saxtalaşdırılması ilə bağlı çıxılmaz vəziyyətə düşən əhalinin sosial-ictimadi aktivliyini reanimasiya edir.

Demək olmaz ki, Azərbaycan və Ermənistanda hakimiyyətlər seçkilərə ənənəvi yanaşmaqdan əl çəkib, müxalifətlə qələbə uğrunda mübarizəsində cəmiyyətə münsiflər məhkəməsi rolu təklif edəcək. Bunu seçkilərdə bərabər güclərin iştirak etdiyi Gürcüstandakı parlament seçkilərində də görmədik.

Amma gözləmək olar ki, aparıcı Qərb dövlətləri regiondakı situasiyaya sezilən təsir göstərəcək. Onlar artıq region ölkələrini “təkamül yolu ilə inqilab”ı başlamağa və ya inkişaf etdirməyə daha aktiv təhrik edir, sanksiyalarla hədələyir və regional hakimiyyətləri siyasi və maliyyə dividendləri ilə həvəsləndirir.

Turan Analitik Xidməti

Geri qayıt