Əsas Səhifə > Güney Press, Araşdırma > HÜSEYNBALA MİRƏLƏMOVA RAMİL USUBOVDAN ZƏRBƏ
HÜSEYNBALA MİRƏLƏMOVA RAMİL USUBOVDAN ZƏRBƏ29-10-2012, 11:33 |
DEPUTATIN OĞLU İŞDƏN ÇIXARILDI Azərbaycanda bir neçə polis rəisi işdən çıxarılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrləri ilə Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Cəlil Mehmanov və Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov tutduqları vəzifədən azad ediliblər. Onların hər ikisi sərəncama götürülüb. Məlumat üçün qeyd edək ki, F. Mirələmov Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun oğludur. Geri qayıt |