Əsas Səhifə > Sosial, Manşet > BAKININ MƏRKƏZİNDƏ DƏM QAZI KABUSU
BAKININ MƏRKƏZİNDƏ DƏM QAZI KABUSU30-10-2012, 09:46 |
NƏFƏSLƏRİ KƏSİLƏN BAYIL SAKİNLƏRİ KÜÇƏDƏ GECƏLƏMƏLİ OLUBLAR DİA.AZ: - Redaksiyamıza müraciət edən bir qrup Bayıl sakini həyatlarının təhlükə altında olduğunu bildirirlər. Bakının mərkəzi rayonu hesab olunan Səbayel ərazisinə verilən təbii qazın tərkibi sakinlərdə təlaş yaradıb. Bu barədə DİA.AZ-ı məlumatlandıran Səbayel sakinləri bildirirlər ki, neçə gündür evlərinə verilən təbii qazdan çox qəribə qoxu gəlir: «O qədər üfunətli qoxudur ki, hətta evdə qaz yandırmağa da qorxuruq. Dərhal adamı boğur. Əgər kiinsə evində qazı yana-yana açıq qalsa, o zaman həmin adamın həyata vida deməsi bir anın işidir. Dünən axşam saatlarında isə dəm qazının sərt qoxusu səbəbindən hər kəs küçəyə çıxmaq zorunda qalıb. Hətta həmin zaman hamamda yuyunan Bayıl qəsəbə sakinlərindən birinin halı psiləşib və ona təcili yardım dan gəlib». Xatırladaq ki, artıq bu barədə «Azəriqaz» rəhbərliyinə dəfələrlə məlumatlar verilib. Amma kimsə tədbir görmək niyyətində deyil. Hətta bu da azmış kimi, sakinlərin etdikləri müraciəti ciddiyə almayan «Azəriqaz» rəhbərliyi təbii qazın tərkibi ilə bağlı monitorinqin keçirilməsi ilə bağlı məlumat yayıb. Hər halda, sakinlərin etdikləri müraciətlər yetərli olmalı idi ki, hansısa tədbir görülsün. Redaksiyamıza müraciət edən sakinlər isə bildirirlər ki, hazırda Səbayel rayonunun Bayıl, 20-ci sahə, Badamlar ərazilərində daha təhlükəli vəziyyət yaranıb. Hər halda, bu acınacaqlı durumunun havaların daha da soyuduğu zamanda – yəni təbii qaza daha çox ehtiyacın olduğu ərəfədə insan ölümlərinə nədən olacağaı heç şübhəsizdir. Çünki hər il qıç aylarında Azərbaycan onlarla bətəndaşını məhz dəm qazına qurban verir. Və bu yöndə tam fəaliyyətsiz görünən Dövlət Neft Şirkəti, həmçinin qurumun rəhbəri Rövnəq Abdullayev üçün isə insan həyatının olduqca ucuz olduğu anlaşılır. Geri qayıt |