Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏHMƏD ŞAHİDOVUN İKİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ
ƏHMƏD ŞAHİDOVUN İKİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ31-10-2012, 08:35 |
GƏNC YAZAR MƏKKƏDƏDİR Hal-hazırda Həcc ziyarətində olan alim və gənc yazar Əhməd Şahidovun iki yeni kitabı “Qanun” Nəşrlər Evində işıq üzü görüb. Biri roman, digəri isə şeirlər kitabı olan bu kitablar Ə.Şahidovun yaradıcılığında növbəti uğurlarıdır. “Gecələr ağlayan qadın” “Gecələr ağlayan qadın” müəllifin ikinci şeirlər kitabıdır. Tamamən sevgiyə, məhəbbətə, iki sevən insanın qarşılıqlı münasibətlərinə ithaf olunmuş bu şeirlərlə Əhməd Şahidov öz dünyasını, yaşanılmış, içdən gələn duyğularını tərənnüm edir. Müəllifin birinci şeirlər kitabından fərqli olaraq, “Gecələr ağlayan qadın” adlı ikinci şeirlər kitabı daha dolğun, daha isti münasibətləri, iki sevən gəncin ehtiras dolu günlərini, vüsal, həsrət dolu anları ifadə edir. Bu sevgidə sevən var, sevilən var, aylarla sevdiyi insanı gözləyən həsrət dolu gözlər var, gecələr göz yaşı axıdan bir xanım var. Bəli! Bu kitab bir xanıma, gülərüz, lakin içində burulğanlarla vuruşan sevən bir xanıma həsr olunub. Müəllif məhz o xanıma olan sevgisini ifadə edərək, bu şeirləri qələmə almış və həmin şeirləri bir kitab şəklində toplayaraq, kitabı “Gecələr ağlayan qadın” adlandırmışdır. “Sevdiyim qadın” “Sevdiyim qadın” romanı gənc qələm adamı Əhməd Şahidovun ilk romanı, sayca üçüncü kitabıdır. Sevgi mövzusunda yazılmış romanın əsas qəhrəmanı Eyvaz gənc kəşfiyyatçı, eyni zamanda istedadlı alim və şairdir. Özündən 5 yaş böyük, Humay adlı kübar bir qadına aşiq olan gənc Eyvaz bütün karyerasını atıb, Moskvadakı işindən ayrılıb Bakıya qayıdır. Bakıda onu biri-birindən maraqlı macəralar gözləyir. Əsərdə romantik sevgi, ehtiras, xəyanət, rəqabət və həyat gerçəklikləri biri-birini əvəz edir. Birnəfəsə oxuyacağınız bu romanda erotik məqamlar və gərginlik çox maraqlı dillə təsvir olunub. Evli bir qadına görə karyerasını məhv edən gənc, Ehtiraslı sevgi əhvalatları, Romantik şair təbiəti, Böyük sevginin təzahürü, Nəfəskəsən əməliyyat planı və digər hadisələr sizi tamam başqa bir aləmə aparacaq. Müəllif romanda xarakterləri açmağa ustalıqla nail olduğundan əsər olduqca maraqlı alınıb. Bir sözlə, “Sevdiyim qadın” romanı hamınızın sevərək oxuyacağınız bir romandır. Hər iki kitabı “Əli və Nino” mağazalarından və şəhərimizin digər kitab mağazalarından əldə etmək olar. Geri qayıt |