Əsas Səhifə > Şou-biznes > RƏQSANƏ NECƏ TƏPİKLƏNMƏSİNDƏN DANIŞDI

RƏQSANƏ NECƏ TƏPİKLƏNMƏSİNDƏN DANIŞDI


31-10-2012, 09:12
RƏQSANƏ NECƏ TƏPİKLƏNMƏSİNDƏN DANIŞDI
"NİŞANLIMI BU MƏSƏLƏYƏ QATMAQ İSTƏMİRƏM"

Bir vaxtlar can deyib, can eşidən cütlük indi bir-birinə sanki qənim kəsiliblər. Söhbət Rəqsanə və eks sevgilisi Faiq Azayevdən gedir. “Dünən məni Nərimanov rayon Məhkəməsinə Faiq Azayevlə bağlı çağırmışdılar. Zərərçəkmiş qismində izahat yazdım. Məhkəmədən çıxanda Faiq Azayev məni izlədi və Vergilər Departamentinin qarşısında maşınımın qabağını öz maşını ilə kəsdi. Aşağı düşüb məni küçənin ortasında pis söyüşlərlə təhqir etdi. Bununla ürəyi soyumadı. Avtomobilimi təpiklədi, yumruqladı və cızdı. Mən də bu hadisə ilə bağlı ölçü götürmək qərarına gəldim. Bu adamdan hər şey gözləmək olar. Hətta həyatımı da sığortalamalıyam. Hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə müraciət etmişəm. Qoy necə lazımdır, o cür də qərar verilsin!" - deyə saytımıza açıqlama verən R.İsmayılova tezliklə yenidən Mosvadakı işlərini davam etdirməkçün ora yollanacağını bildirdi.

Onu da əlavə edim ki, növbəti dəfə ərə getməyə hazırlaşan Rəqsanə nişanlısını bu məsələyə qatmaq niyyətində deyil: "Nişanlımın xasiyyəti ağırdır deyə, onu bu işlərə qatmaq istəmirəm. Əks təqdirdə, məsələ həddini aşa bilər. Azayev qardaşları ilə qanunla ölçü götürmək istəyirəm. Onların öz səviyyələrincə, dillərincə deyil - söyüş, təhqir, yumruq, təpiklə deyil".

Geri qayıt