Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAKIDAKI ƏXLAQSIZLIQ YUVALARININ QİYMƏT CƏDVƏLİ

BAKIDAKI ƏXLAQSIZLIQ YUVALARININ QİYMƏT CƏDVƏLİ


31-10-2012, 09:25
BAKIDAKI ƏXLAQSIZLIQ YUVALARININ QİYMƏT CƏDVƏLİ
ONLAR AYLIQ “DOLYA” HESABINA AYAQDA DURURLAR

Bir neçə gün bundan öncə fəaliyyətdə olan əxlaqsızlıq yuvaları barədə geniş məlumat vermişdik. Bildirmişdik ki, həmin yuvalar yüksək ranqlı məmurlara məxsus olmaqla yanaşı hər ay müəyyən dairələrə aylıq haqq verirlər. DİA.AZ bildirir ki, məlumatlı mənbə bu barədə 7GUN.az-a həmin obyektlərin aylıq qiymət preskurantını verib. Lakin verilən rüşvətin hansı dairələrdə və kimlərə verilməsi qeyd olunmayıb. Ancaq yaxın günlərdə küllü miqdarda rüşvətin kimə verilməsi və həmin obyektlərin əsl sahibləri barədə ətraflı məlumat verəcəyini bildirdi. Hələlik bizdə olan otellər və aylıq “ödənişlər” barədə məlumat vermək istəyirik. Etibarlığına şübhə etmədiyimiz mənbənin 7GUN.az-a verdiyi çox ciddi məlumatlar var. Həmin məlumatlarda aşağıda adları çəkilən obyektlər hər ay kimlərə nə qədər pul verdikləri və digər maraqlı məqamlar öz əksini tapıb. Yaxın günlərdə həmin siyahını sizlərə təqdim edəcəyik.

“Dalğa” - ailəvi istirahət mərkəzi – ayda 10.000 manat. Bu obyekt Xətai rayon ərazisində, Babək prospektində yerləşir.

“Ağ otel” – 16.000 manat. Bu obyekt isə Xırdalan şəhəri ərazisində yerləşir. Hətta bir neçə dəfə bu obyektdə böyük dava, hətta bıçaqlanma hadisəsi belə baş verib. Bu otelde isə 70-80-ə yaxın otaq fəaliyyət göstərir.

Masazır qəsəbəsində yerləşir “Romi” və “Göyçə” otelləri hər biri ayda – 12.000 manat.


“Baxçasaray” – 12.000 manat. Bu obyekt Mehdiabad qəsəbəsində yerləşir.

Xətai rayon “Ramstore “ ticarət mərkəzinin yaxınlığında yerləş “Lotos” – 15.000 manat.

Binəqədi rayon ərazisində fəaliyyət göstərən “Clear”, “Grand” və “Edem” otelləri ayrı-ayrılıqda hər biri 12.000 manat.

“Qazangöl” - Fatmai kəndi girəcəyində yerləşir. Bu əxlaqsızlıq yuvası hər ay 10.000 mant rüşvət verir ki, obyekti problemsiz fəaliyyət göstərsin.

“Sabirabad” – bu obyekt isə illərdirki, Dərnəgül şossesinə yaxın ərazidə fəaliyyət göstərir və ayda 13.000 manat verir.

Sumqayıt yolunda isə təxminən 50-60 belə obyek fəaliyyət göstərir ki, bunların da hər biri ayda 8.000 manat verməli olur.

P.S. Bu qədər məlumat verilməsinə baxmayaraq sözügedən əxlaqsızlıq yuvlararı barədə hüquq-mühafizə orqanlarının heç bir tədbir görməməsi cəmiyyətdə bəzi şübhələr yaradır. Görünür burda başqa bir məqam var. Biz həmin məqamlar barədə yaxın bir vaxtda geniş məlumat verəcəyik. Həmçinin növbəti yazılarımızda bu obyektlər kimlərə haqq verdikləri barədə geniş məlumat vercəyik.

Mövzunu davam etdirəcəyik...

Geri qayıt