Əsas Səhifə > Sosial, Manşet > NAZİR OĞLU OLİQARXLARA NECƏ AYAQ UYDURUR?

NAZİR OĞLU OLİQARXLARA NECƏ AYAQ UYDURUR?


31-10-2012, 10:31
NAZİR OĞLU OLİQARXLARA NECƏ AYAQ UYDURUR?
ANAR MƏMMƏDOVUN «ALƏM GÖZƏL»İNİ EBRU POLADIN OXUYACAĞI DEYİLİR

DİA.AZ: - Yenicə olaraq qollarını çırmayıb şou-biznesə bu dəfə bəstəkar kimi daxil olmaq istəyən nəqliyyat naziri Ziya Məmmədovun oğlu, «ZQAN» Holdinqin direktorlar şurasının sədri Anar Məmmədov deyəsən bu məsələdə şou-biznesin qaydalarına tam olaraq riayət edir. Yəni ilk addımı elə şou-biznes prinsiplərində olduğu kimi qalmaqalla müşaiyət olundu.

Belə ki, nazir oğlunun «Aləm gözəl» mahnısı uğrunda Abbas Bağırovla Brilyant Dadaşovanın arasında yaranan konflikti bu qəbildən hesab etmək olar. Digər tərəfdən isə nazir oğlunun mahnısının əslində başqa bir şəxs - Ramal İsrafilov tərəfindən bəstələnməsi də «Aləm gözəl» ətrafındakı qalmaqal dozasını artırmış oldu

DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, Ziya Məmmədovuni digər oliqarxlarımız kimi davranması heç də təsadüfi deyil. Xatırladaq ki, fövqəlad hallar naziri Kəmaləddin Heydərov, keçmiş deputat, tanınmış iş adamı Hüseyn Abdullayev və digərləri illərdir həm də bəstələri ilə diqqətləri cəlb etməkdədirlər. Amma görünəni odur ki, Ziya Məmmədov bu müstəvidə rəqiblərinin qarşısına övladının bəstələri ilə çıxmaq qərarına gəlib.

Məlumatlı mənbənin bildirdiyinə görə, adı zaman-zaman yerli KİV-lərdə Anar Məmmədovla qoşa çəkilən Türkiyənin məşhur sənətçisi Ebru Poladın da «Aləm gözəl» mahnısını oxuması gözlənilir. Bu barədə məlumatı verə qaynaq iddia edir ki, artıq həmin mahnı Ebru Polada təqdim olunub.

Onu da xatırladaq ki, Anar Məmmədov mətbuatda həm də Ebru Polada bahalı hədiyələr etməsi ilə diqqətə gəlib. Amma bu barədə yayılan xəbərləri olduqca sərt qarşılayan nazir oğlu hər dəfəsində məhkəməyə müraciət edib və ayrı-ayrı qəzetləri böyük miqdarda cərimələtdirib. Qeyri-rəsmi xəbərlərə görə, nazir oğlunun sözügedən mövzuya xüsusi həssaslıqla yanaşması onun ailə həyatı qurması ilə əlaqələndirilir.

Geri qayıt