Əsas Səhifə > Dünya > VAN YENƏ SİLKƏLƏNDİ
VAN YENƏ SİLKƏLƏNDİ10-11-2011, 11:19 |
QARDAŞ TÜRKİYƏNİ ZƏLZƏLƏ YIXIR Türkiyənin şərqindəki Van əyalətində çərşənbə günü axşam saatlarında 5,6 və 4,5 maqnitudalı iki yeni zəlzələ baş verib, CNN Türk kanalı məlumat verib. Zəlzələnin mərkəzi Edremit şəhərində olub. Telekanalın məlumatına görə, Van şəhərində yeraltı təkanların nəticəsində 23 oktyabr zəlzələsi zamanı ziyan çəkmiş bəzi binalar, o cümlədən mehmanxana və məktəb uçub. Mehmanxananın dağıntıları altında insanların, o cümlədən jurnalistlərin qaldığı bildirilir. Kanal zəlzələ nəticəsində dağılan binanın kadrlarını göstərir. Hal-hazırda xilasedicilər və yerli sakinlər dağıntıları sökürlər. Oktyabrın 23-də Van əyalətində 7,2 maqnitudası olan zəlzələ baş vermişdi, nəticədə 600-dən çox insan həlak olmuşdu. Geri qayıt |