Əsas Səhifə > Dünya > POTİ İVANAŞVİLİ HÖKUMƏTİNİ TƏTİLLƏ QARŞILADI
POTİ İVANAŞVİLİ HÖKUMƏTİNİ TƏTİLLƏ QARŞILADI1-11-2012, 11:47 |
1200 İŞÇİNİN TƏTİLİ LİMANIN İŞİNİ İFLİC EDİB Gürcüstanın Qara dəniz sahilindəki Poti limanında işçilərin tətili nəticəsində limanın işi tamamilə iflic olub. Trend-in Gürcüstan TV-yə istinadən verdiyi məlumata görə, tətildə limanın 1 200 işçisinin hamısı iştirak edir. Limana girişi bağlayan aksiyanın 300 iştirakçısı liman administrasiyasından tələblərinin yerinə yetirilməsini istəyirlər. Onların əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması ilə bağlı liman rəhbərliyi ilə danışıqları iflasa uğrayıb. Oktyabrın 25-də limanın 200 nəfərdən çox işçisi iki saatlıq xəbərdaredici tətil keçirib. Onlar iş şəraitinin yaxşılaşdırılmasını, təhlükəsizliyə əməl olunmasını, əmək müqavilələrinin bağlanmasını və layiqli əməkhaqqının verilməsini tələb ediblər. Hazırda limanda əməkhaqqı 100-200 lari (1 dollar = 1,66 lari) təşkil edir. Geri qayıt |