Əsas Səhifə > Güney Press, Araşdırma > ŞƏMSƏDDİN HACIYEVDƏN UTANCVERİCİ HƏRƏKƏT

ŞƏMSƏDDİN HACIYEVDƏN UTANCVERİCİ HƏRƏKƏT


1-11-2012, 12:38
ŞƏMSƏDDİN HACIYEVDƏN UTANCVERİCİ HƏRƏKƏT
REKTOR TƏLƏBƏLƏRDƏN QURBANLIQ HEYVAN PULU YIĞIB?

Azərbaycan Dövlət İqtisad Universitetini ağuşuna almış rüşvət və korrupsiya hədləri o qədər aşıb ki, artıq sözü gedən təhsil ocağında rüşvətin də yeni-yeni formaları meydana çıxmağa başlayıb. Xüsusən də rektor Şəmsəddin Hacıyevin dəhşətli korrupsiya maxinasiyaları universiteti acınacaqlı vəziyyətə salıb.

Daxil olan məlumata görə, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev tələbələrdən pul yığmağın yeni bir formasını tapıb. Məlumatı verən mənbə bildirir ki, Şəmsəddin Hacıyev ötən həftə universitetdə təhsil alan imkanlı tələbələrin siyahısın tutdurub. Səbəb isə onlardan "orjinal" qaydada pul qoparmaq olub. Bildirilir ki, Şəmsəddin Hacıyev Ramil Səfərovun ailəsinə qurbanlıq heyvan alınması üçün pul yığıb. Məsələnin üzə çıxmaması üçün rektor bu işi bir neçə imkanlı tələbə ilə görüb.

Yada salaq ki, bir müddət əvvəl Ramil Səfərovun Azərbaycana ekstradisiyası və sonra dövlət başçısı İlham Əliyevin əfv fərmanını televiziya ekranlarından eşidən Şəmsəddin Hacıyev sevincindən ağlamışdı. Görünür rektorun bu sevinci davam edir. Elə bu baxımdan Ramil Səfərov üzərində özünə biznes quran Şəmsəddin Hacıyevin pul toplama əməliyyatı ürəyincə olub.

Bundan əlavə Dövlət İqtisad Universitetində baş alıb gedən dəhşətlə korrupsiya və özbaşınalıqlar barədə redaksiyamıza məlumatlar daxil olub. Bu istiqamətdə araşdırmalarımız davam edir. \ "AzeriNews.org" \

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt