Əsas Səhifə > Cəmiyyət > “KONİSTİTUSİYAMIZA HÖRMƏTLƏ YANAŞIN”
“KONİSTİTUSİYAMIZA HÖRMƏTLƏ YANAŞIN”10-11-2011, 11:58 |
AZƏRBAYCANLI İCMASINDAN ERMƏNİ İCMASINA ÇAĞIRIŞ "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov Dağlıq Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşları kimi Azərbaycanın Konstitusiyasına hörmətlə yanaşmağa və Azərbaycan xalqının bugünkü firavan həyatını bölüşməyə çağırıb. Trend-in məlumatına görə, Səfərov cümə axşamı jurnalistlərə bildirib ki, Azərbaycanın iqtisadiyyatının inkişafından, firavan həyatından Dağlıq Qarabağda yaşayan ermənilər də istifadə edə bilərlər. "Azərbaycan Konstitusiyasına hörmət etmək şərtilə Azərbaycanın var-dövlətini bizimlə bərabər onlar da bölüşsünlər. İstəmirlərsə, Həkəri çayından o biri tərəfə adlasınlar", - İB sədri deyib. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. Geri qayıt |