Əsas Səhifə > Siyasət, Manşet > QARABAĞ UĞRUNDA SAVAŞ ƏMRİ VERİLİR
QARABAĞ UĞRUNDA SAVAŞ ƏMRİ VERİLİR10-11-2011, 12:14 |
RƏSMİ BAKI BEYNƏLXALQ TƏŞKİLATLARA ULTİMATUM ÜNVANLADI DİA.AZ: - «Artıq rəsmi Bakının ermənilərlə Qarabağ mövzusu ətrafında danışmaq niyyəti yoxdur». Bu şok məlumatı hakimiyyət içindəki çox mötəbər qaynaqdan əldə etmişik. Mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) söylədiklərindən belə aydın olur ki, bir müddət əvvəl rəsmi İrəvanla sülh danışıqlarının səmərəsizliyindən usandığını gizlətməyən Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlərin başçılarına, həmçinin bir sıra beynəlxalq qurumlara çox sərt tonlu, az qala ultimativ xarakterli bir məktub ünvanlatdırıb. Mənbə bildirir ki, həmin məktub rəsmi Bakının mövqeyi kimi təqdim olunub: «Məktubda bildirilir ki, hər dəfə ermənilər Qarabağ probleminin həlli naminə təşkil olunan sülh danışıqları prosesini mmüəyyən mərhələyə yetişdikdə məqsədli şəkildə pozublar. Bu isə onların destruktivliyindən, eləcə də problemin həlində maraqlı olmamalarından xəbər verir. Məktubda daha sonra bildirilir ki, ermənilər daha çox problemin konservləşdirilməsində, azərbaycan isə həllində maraqlıdır». Mənbənin sözlərinə görə, bu fikirlərin ardından Azərbaycan dövləti adından bəyan edilir ki, rəsmi Bakı öz ərazi bütünlüyünü təmin edə bilməsi üçün hərb yolu hüququnu özündə saxlayır və bu cür səmərəsizlik şəraitində həmin hüququndan istifadə etmək niyyətində olduğunu bəyan edir: «Artıq belə bir mətn Qarabağ probleminin həlli ilə bağlı fəaliyyətdə olan bütün beynəlxalq ünvanlara və eləcə də bu prosesə cəlb olunmuş dövlətlərin başçılarına göndərilib». Mənbəmiz bu xəbəri həm də bu şəkildə təqdim etdi ki, artıq rəsmi Bakı müharibə yolu barədə ciddi şəkildə düşünür: «Ola bilsin ki, hərbi əməliyyatlar bərpa olunsun. Və bu yöndə Azərbaycanın qarşısını kimsə ala bilməz. Rəsmi Moskva ilə sıcaq münasibətlər də imkan vermir ki, Azərbaycan rəsmi Tiflisin yaşadıqlarını yaşasın. Digər yandan, Rusiyanın dövlət başçısı Medvedyev və eləcə də Rusiyanın əsas yönəticisi hesab olunan baş nazir Putin də erməniləri bu məsələdə dəfələrlə uyarıb». Geri qayıt |