Əsas Səhifə > Güney Press, Araşdırma > ƏN BÖYÜK MOBİL OPRETAOR ƏN BÖYÜK BƏLAYA ÇEVRİLİR

ƏN BÖYÜK MOBİL OPRETAOR ƏN BÖYÜK BƏLAYA ÇEVRİLİR


4-11-2012, 13:16
ƏN BÖYÜK MOBİL OPRETAOR ƏN BÖYÜK BƏLAYA ÇEVRİLİR
«AZERCELL» ABONENTLƏRİNİ BELƏ ŞOKA SALIR

Son zamanlar ölkənin əsas aparıcı mobil rabitə operatorları öz abonentlərinə heç bir icazə almadan sms-lər yollayırlar. GUNDEMİNFO.AZ-a şikayət edən izləyicələr deyirlər ki, gündə bir neçə dəfə bu operatordan onlara 8228 və ya digər 4 rəqəmli mərkəzlərdən sms-lər gəlir.

Bu sms-lər əsasən avtomobil uduşları ilə bağlı olur ki, insanlara ən müxtəlif formalı mətnlərlə yarışmaya qatılma dəvət edilir. Hətta göndərilən sms-lərdən belə başa düşülür ki, sanki «Azercell» şirkəti öz abonentlərinə gündə bir neçə dəəfə Toyota Camry avotomobili hədiyyə edir. Hələ pul uduşlarını, səyahət uduşlarını demirik.

Bu məsələ ilə bağlı araşdırma aparan əməkdaşlarımız ekspertlərə də müraciət ediblər. Ekspertlər abonentin icazəsi olmadan onlara hər hansı bir formada sms-lərin göndərilməsinin yolverilməz olduğunu, bu faktla da istehlakçı olaraq vətəndaşların hüquqlarının kobud surətdə pozulması kimi dəyərləndiriblər. Maraqlıdır ki, ekspertlərin əksəriyyəti günün istənilən saatında abonentin narahat edilməsi faktının yolverilməz olduğunu iddia edirlər.

Psixoloq -ekspert Ayaz Bağırov saytımıza bildirir ki, Azərsell-in bu şəkildə insanlara sms yollaması onlara ən müxtəlif formada təsir edir. «İnsanların düşdüyü situatsiya, onların gözləntiləri ola bilər ki, bu zaman hansısa uduş kampaniyası barədə gözlənilməz sms-in yollanması həmin insanın psixaloji durumuna ağır təsir edə bilər. Bu səbəbdən də hər kəs bir anlıq narahatlıq və əsəb yaşaya bilər ki, bu da yolverilməzdir» deyə həmsöhbətimiz bildirir.

Maraqlıdır ki, yalnız «Azercell» mobil operatoru öz abonentlərinə «Zəngimcell»lərlə bağlı da ardı-arası kəsilməyən sms-lər yollayır. Rabitə operatorlarının fikirincə elə insanlar var ki, onlar gələn sms-ləri oxuya bilmirlər. Hətta sms-ləri aça bilməyən yaşlı və savadsız insanlar var ki, Azercell-dən gələn məktublar telefonun məktub qovluğunu doldurur. Bundan sonra da həmin abonentdə ümumiyyətlə məktub gəlmir. Səbəb isə Azercell-in sms-lərinin telefonun sms qutusunu doldurması olur. Bununla da vətəndaş vaxtında istədiyi sms-i ala bilmir. Nəticə etibarilə də başqa bir formada vətəndaşa ziyan dəyir.

Bundan başqa dünya təcrübəsində abonent hər hansı bir kampaniya ilə bağlı olaraq sms-lərin gəlməsinin qarşısını ala bilməlidir. Bu imkan qarşı tərəf olaraq abonent üçün istehlakçı hüquqları qanunlarına görə tanınmalıdır. Lakin «Azercell»lə bağlı olaraq bu hüquqlar demək olar ki, nəzərə alınmır.

Əlbəttə ki, biz bu «MÜDHİŞ SMS» kampaniyasının nəticəsində xeyli azyaşlının öz valideynlərinin xəbəri olmadan qoşulmasına, nəticə etibarilə də kampaniya qoşulduqlarına görə, valideynlərinə nə qədər ziyan vurmalarını da qeyd edə bilərik.

Lakin bu istiqamətdə araşdırmalarımız davam etdiyindən və gün ərzində «Azərcell»in mətbuat xidməti ilə əlaqə yarada bilmədiyimizdən ARAŞDIRMALARIMIZ DAVAM EDİR. Bizi izləyin.

Geri qayıt