Əsas Səhifə > Sosial, Manşet > ARİF ALIŞANOVDAN SSRİ-YƏ İLGİNC SƏDAQƏT
ARİF ALIŞANOVDAN SSRİ-YƏ İLGİNC SƏDAQƏT4-11-2012, 13:58 |
DÖVLƏT TELEVİZİYASI SOVETDƏN QALMA LOQODAN NƏDƏN İMTİNA ETMİR? DİA.AZ: - Bir müddət əvvəl belə bir fikir səsləndi ki, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası köhnə Kommunist Partiyasının uzantısıdır. Və bu fikrə YAP cinahından böyük bir təpgi gəldi və etirazçılar bunun əksini iddia etməyə çalışdılar. Amma ortalıqda olan faktlar isə hakim partiyanın mövqeyində dayananların arqumentlərinin yetərsizliyini sübutlamaqdadır. Kimsə inkar edə bilməz ki, bu gün sovet dönəmində olduğu kimi insanların bir çox azadlıqları məhdudlaşdırılır, onlara yuxarıların cızdığı konkret yaşam şərtlərinin sırınma cəhdləri müşahidə olunur və s. Hər halda, bu günü sovet dövrü ilə ayıran cəhətlərimiz olduqca az olduğundan hətta bəzilərində müstəqilliyə qarşı nifrət də yaranıb. Yəni elə düşünənlərimiz var ki, Azərbaycan müstəqil olmaqla yalnız itirib. Çünki bütün prinsiplər Sovetlər Birliyinin zamanı ilə eyni olduğu təqdirdə, minlərlə şəhid verdik və torpaqlarımızın böyük bir hissəsini itirməli olduq. Bu gün həmçinin köhnə kommunistlərin, komsomolların görəv başında olması da müstəqilliyin dadını çıxara bilməyən vətəndaşlarımızın bəd gümanlarını doğruya çıxarmaqdadır. Elə DİA.AZ olaraq toxunacağımız məsələ də bu qəbildən hesab oluna bilər. Söhbət Azərbaycanın əsas dövlət kanalı hesab olunan AzTV rəhbərliyinin SSRİ-dən qalma emblem-loqoya olan sədaqətindən gedir. Yəqin ki, bir çoxlarının diqqətini cəlb edib. Bu gün binasının təmir olunmasına baxmayaraq hələ də AzTV-nin binası üzərində sovet Azərbaycanının dövlət telekanalının loqosu əks olunmaqdadır. Onsuz da AzTV tam mahiyyətiylə Sovetlər Birliyini xatırladırdı. Heç olmasa bu məsələdə bir az ayıq olub, insanlarımızın qanlarını qaraltdıqları kimi, binalarına baxanda gözlərini də yormayaydılar… Geri qayıt |