Əsas Səhifə > Partiya, Manşet > ŞOK: OLİQARXLAR BAKIDA YENİ PARTİYA YARADIR
ŞOK: OLİQARXLAR BAKIDA YENİ PARTİYA YARADIR4-11-2012, 15:24 |
YENİ TƏŞKİLATLA BAĞLI TƏDARÜKLƏR BAŞLAYIB DİA.AZ: - Yarandığı ilk gündən böyük səs-küylə qarşılanan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqına qarşı bir sıra iqtidar dairələrindən basqılar edilsə də və bu basqıların müqabilində ÜATİ-nin sədri kimi təqdim olunan baş nazirin keçmiş birinci müavini Abbas Abbasov səlahiyyətlərini və təşkilatın fəaliyyətini dondurduğunu elan etsə də, oliqarxların siyasi proseslərə fəal müdaxiləsi daha da intensivləşməkdədir. Elə bütün bu proseslə bağlı mətbuata açıqlama verən «Azrros» rəhbəri Söyün Sadıqovun qətiyyətli və ittiham xarakterli fikirləri də belə deməyə əsas yaradır ki, Moskvada elan olunan yeni təşkilatın Azərbaycanda hələ çox müzakirə olunacağı gözlənilir. DİA.AZ-a hökumət içindəki qaynaqlardan daxil olan informasiyada isə bildirilir ki, Rusiyadakı oliqarx cameəsi Azərbaycanda yeni siyasi təşkilatın yaradılması üçün hərəkata keçiblər. Sıralarında Araz Ağalarov, Söyün Sadıqov, Abbas Abbasov, İsgəndər Xəlilov, Natiq Ağamirov, Rüstəm İbrahəimbəyov və Vahid Ələkbərov kimi tanınmışların yer aldığı ÜATİ-nin Bakıdakı kuratorluğunun Rüstəm İbrahimbəyovun üzvü olduğu və bu gün hakimiyyətə qarşı fəaliyyəti ilə diqqətləri cəlb edən Ziyalılar Forumunun ilkin mərhələdə həyata keçirəcəyini söyləyən mənbəmiz bu maraqlı faktla yanaşı, yeni təşkilatın yaradılması üçün işlərin görüldüyünü də vurğuladı. Qeyd edək ki, redaksiyamıza bu istiqamətdən çox ilginc faktlar daxil olub və yaxın zamanlarda həmin bilgiləri də diqqətinizə çatdıracağıq. Geri qayıt |