Əsas Səhifə > Partiya > POLİS ACP SƏDRİ VƏ FƏALLARINI SUMQAYITDA SAXLADI
POLİS ACP SƏDRİ VƏ FƏALLARINI SUMQAYITDA SAXLADI4-11-2012, 16:29 |
PARTİYANIN TOPLANTISINA ƏNGƏL TÖRƏDİLİB Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin kbəri və bir neçə partiya fəalını saxlayıb. Bu barədə musavat.com-a jurnalist Nemət Hüsynli xəbər verib. Jurnalistin verdiyi məlumata görə, bu gün günün ikinci yarısında Sumqayıt şəhərində ACP-nin yerli təşkilatının KXCP qərargahında konfransı olmalı imiş. Konfrans başlnmazdan bir müddət öncə şəhər polisinin əməkdaşları KXCP-nin yerli təşkilatının qərargahına gələrək, binada qaz borularının təmir olunacağını, ona görə də tikilidə heç bir toplantının keçirilməsinə icazə verilməyəcəyini bildiirblər. Bir neçə fəal, o cümlədən ACP Sumqayıt şəhər təşkilatının sədri Şakir adlı şəxs saxlanılıb. Jurnalistin verdiyi xəbərə görə, elə həmin dəqiqələrdə partiya funksionerləri ilə birlikdə Sumqayıt şəhərinə daxil olan ACP sədri Sülhəddin Əkbər də qərargaha gələrkən heç bir səbəb göstərilmədən saxlanılıb və polis idarəsinə aparılıb. Əməliyyata Sumqayıt RPİ-nin rəis müavini Həsən Əliyev başçılıq edib. \ musavat.com \ Geri qayıt |