Əsas Səhifə > Güney Press, Araşdırma > KEÇMİŞ SİYASİ MƏHBUSLAR MƏDƏT QULİYEVƏ MÜRACİƏT ETDİ

KEÇMİŞ SİYASİ MƏHBUSLAR MƏDƏT QULİYEVƏ MÜRACİƏT ETDİ


5-11-2012, 09:41
KEÇMİŞ SİYASİ MƏHBUSLAR MƏDƏT QULİYEVƏ MÜRACİƏT ETDİ
ONLAR GÖRÜŞ İSTƏYİRLƏR

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı iclas keçirib. Hüquq müdafiəçisi Oqtay Gülalıyev “Media forum” saytına deyib ki, iclasda “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun icra vəziyyəti müzakirə olunub.

Bildirilib ki, Penitensiar Xidmətin əməkdaşları Qurban bayramı ərəfəsində alyans üzvlərinə siyasi məhbuslarla görüş icazəsi verməyiblər: “Bu addımla Penitensiar Xidmət qanunvericiliyin tələblərini pozub. Qərara alındı ki, problemlə əlaqədar Penitensiar Xidmətin rəisi Mədət Quliyevə məktub göndərilsin, qurumun rəhbərliyi ilə görüş istənilsin. Prezident “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunu bu il iyulun 10-da təsdiqləsə də, qanun tətbiq edilmir. Bu isə dustaqların, onların ailə üzvlərinin, yaxınlarının hüquqlarının kobud şəkildə tapdanması deməkdir. Biz qanunun tətbiqi ilə bağlı ictimai müzakirələr keçirəcək və aidiyyəti təşkilatlar qarşısında məsələ qaldıracağıq”.

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansını sabiq vicdan məhbusları Arif Hacılı, Sahib Kərimov, Oqtay Gülalıyev, Tural Abbaslı, Zülfüqar Eyvazlı, Elşən Həsənov, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Məhəmməd Məcidli, Elnur Məcidli, Babək Həsənov və başqaları yaradıb.

Geri qayıt