Əsas Səhifə > Partiya > “MƏNİ AVTOMOBİLƏ BASIB BÖLMƏYƏ APARDILAR”

“MƏNİ AVTOMOBİLƏ BASIB BÖLMƏYƏ APARDILAR”


5-11-2012, 10:54
“MƏNİ AVTOMOBİLƏ BASIB BÖLMƏYƏ APARDILAR”
RƏSUL QULİYEVİN ADAMI DANIŞDI

Polis Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbəri və daha 8 nəfəri noyabrın 4-də Sumqayıtda saxlayıb. Onlar Klassik Xalq Cəbhəsi Partiyası Sumqayıt şəhər təşkilatının qərargahında Acıq Cəmiyyət Partiyasının (ACP) yerli təşkilatının konfransını keçirmək istəyirmişlər.

“Azadlıq” radiosunun məlumatına görə, ACP üzvləri 3-cü polis bölməsinə aparılıb, bir qədər sonra Sülhəddin Əkbər və onun sürücüsü sərbəst buraxılıb, digər saxlananlar isə bölmədən daha sonra çıxıblar.

Noyabrın 5-də “Media forum” saytına açıqlama verən Sülhəddin Əkbər deyib ki, polis əməkdaşları partiyaçılarla, o cümlədən onunla kobud davranıblar: “İki nəfər qoluma girib məni avtomobilə basıb bölməyə apardılar. Necə deyərlər, profilaktik söhbətdən sonra məni bölmədən buraxdılar və Sumqayıtı tərk etməyimi tələb etdilər. Hətta digər saxlananlar buraxılana qədər qalmağıma imkan vermədilər. Sumqayıtı tərk edənə kimi mənim maşınımı müşayiət etdilər”.

Partiya sədri noyabrın 5-i saat 13-də ACP-nin Bakıdakı qərargahında olayla bağlı mətbuat konfransı keçirəcək.

Geri qayıt