Əsas Səhifə > Sosial, Manşet > AST TELMAN MÜĞƏNNİLƏRİMİZİ NECƏ ƏLƏ SALIB?

AST TELMAN MÜĞƏNNİLƏRİMİZİ NECƏ ƏLƏ SALIB?


5-11-2012, 11:46
AST TELMAN MÜĞƏNNİLƏRİMİZİ NECƏ ƏLƏ SALIB?
MƏCLİSDƏ CANLI OXUMAYAN MÜĞƏNNİNİN QONORARI DA CANLI OLMAYIB

DİA.AZ: - Redaksiyamıza Azərbaycanın tanınmış iş adamlarından biri, yəhudi əsilli Telman İsmayılovla bağlı olduqca maraqlı bir xəbər daxil olub. Bildirək ki, bu xəbərin nə dərəcədə həqiqət olduğunu dəqiqləşdirə bilməsək də, hər kəs üçün maraqlı ola biləcəyini təxmin etdiyimizdən diqqətinizə çatdırmaq qərarına gəldik.

Beləliklə, Rusiyadakı soydaşlarımızdan birinin DİA.AZ-a verdiyi xəbərə görə, bir neçə ay əvvəl «AST» Şirkətlər Qrupunun prezidenti Moskvada azərbaycanlı müğənnilərin iştirakı ilə ziyafət məclisi təşkil edir və hər bir müğənniyə qabaqcadan tapşırılır ki, canlı oxumalıdırlar və bunun müqabilində onlara yüksək qonorar belə vəd olunur: «Amma müğənnilərimizdən bəziləri canlı oxumurlar. Bu isə özünü qonorarın verilməsində göstərir».

Məlumatı çatdıran soydaşımız bildirir ki, AST Telman canlı oxuyan müğənnilərə vəd olunan qonorarın ikiqat artığını verir, canlı oxumayanlara isə kseroks aparatından çıxmış pulların ksersurəti qonorar formasında verilir: «Onlar buna etiraz edəndə, Telman İsmaylovun adamları bildirirlər ki, canlı oxumadıqlarına görə, qonorarları da canlı olmayıb».

Geri qayıt