Əsas Səhifə > Partiya > MÜSAVATA VERMƏDİLƏR, YAP-A VERİRLƏR

MÜSAVATA VERMƏDİLƏR, YAP-A VERİRLƏR


5-11-2012, 12:23
MÜSAVATA VERMƏDİLƏR, YAP-A VERİRLƏR
“BAKU KRİSTAL ZAL”DA HAKİM PARTİYA TƏDBİR KEÇİRİR

Yeni Azərbaycan Partiyası (YAP) noyabrın 21-də yaradılışının 20 illik yubileyinə həsr olunan böyük bir tədbir keçirəcək. Artıq bu istiqamətdə partiyanın şəhər və rayon təşkilatları da daxil olmaqla ciddi hazırlıqlara start verilib. Yubiley tədbirinin harada keçirilməsi sual doğursa da bununla bağlı müxtəlif məlumatlar yayılıb. Mötəbər tədbirin “Baku Kristal Zal”da keçiriləcəyi gözlənilir.

Hakim Partiyanın icra katibini müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı YAP-ın 20 illik yubileyinin keçirilməsi ilə Modern.az-ın suallarını cavablandırıb. 21 noyabr tarixinə sayılı günlər qalsa da YAP rəsmisi tədbirin harda da keçiriləcəyi ilə bağlı suala belə cavab verib:

“Bildiyimiz kimi partiyanın əksər rayon təşkilatlarında 20 illik yubileylə bağlı silsilə tədbirlərimiz keçirilir. Yubileylə bağlı böyük tədbirimiz planlaşdırılıb. Həmçinin bildirim ki, tədbir partiyanın yubileyinə yaxın tarixlərin birində təntənəli şəkildə keçiriləcək. Tədbirin keçirilməsi ilə bağlı məkan da nəzərdə tutulub. Zamanı çatanda mətbuata açıqlayacağıq”.

M.Qurbanlı daha sonra yubiley mərasiminə müxalifət nümayəndələrinin dəvət olunub-olunmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib. YAP rəsmisi hələlik bu haqda qərar vermədiklərini bildirib. Deputat vurğulayıb ki, bu haqda partiya öz qərarını açıqlayacaq.
“Burda partiya üzvləri, fəalları, həmçinin parlamendə partiyanı təmsil edən millət vəkilləri, hökumət strukturlarında partiyanı təmsil edən şəxslər, görkəmli mədəniyyət, incəsənət xadimləri iştirak edəcəklər. Başqa partiyalardan yubileyə dəvətlə bağlı qərarımızı açıqlayacağıq. Hələlik bununla bağlı bizim qərarımız yoxdur. Hesab edirəm ki, yubiley tədbirinə kimlərinsə dəvət olunub-olunmaması partiyanın daxili işidir. Partiyanın tədbirinin keçiriləcəyi yeri müəyyənləşdirmişik. Bu istiqamətdə hazırlıq işləri davam edir”,- deyə M.Qurbalı münasibət bildirib.

Qeyd edək ki, hazırda Azərbaycanda iqtidarda olan Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabrın 21-də təsis edilib. Təsis konfransında mərhum prezident Heydər Əliyev partiyanın ilk sədri seçilib.

Geri qayıt