Əsas Səhifə > Dünya > İRƏVANDA DA ZƏLZƏLƏ OLUB
İRƏVANDA DA ZƏLZƏLƏ OLUB10-11-2011, 13:30 |
TARİXİ AZƏRBAYCAN ŞƏHƏRİ DÜNƏN GECƏ SİLKƏLƏNİB DİA.AZ: - Məlum olduğu kimi, qardaş Türkiyənin Van bölgəsində dünən saat 23.23-də yenidən güclü zəlzələ baş verib. Rixter şkalası üzrə 5.6 bal gücündə olan zəlzələnin ardından daha 14 sarsıntı qeydə alınıb. DİA.AZ-ın erməni mətbuatına istinadən yaydığı xəbərdə qeyd olunur ki, Vanda baş verən zəlzələ Ermənistan ərazisində də hiss olunub. Belə ki, Ermənistanın fövqəladə hallar nazirliyinin açıqlamasında bildirilənə görə, İrəvan şəhərində zəlzələnin gücü 3 bal olub. Məlumatda həmçinin hansısa dağıntı və tələfatın olmadığı da bildirilir. Geri qayıt |