Əsas Səhifə > Şou-biznes > “QƏDİRİN BEYNİ FƏALİYYƏTİNİ DAVAM ETDİRİR”
“QƏDİRİN BEYNİ FƏALİYYƏTİNİ DAVAM ETDİRİR”10-11-2011, 14:06 |
XALQ ARTİSTİNİN HƏYAT YOLDAŞI “ALLAHDAN ÜMİD KƏSİLMƏZ” DEDİ Türkiyənin İstanbul şəhərindəki “Acibadem” xəstəxanasında koma vəziyyətində yatan Azərbaycanın görkəmli muğam ifaçısı, xalq artisti Qədir Rüstəmovun səhhətində irəliləyiş yoxdur. Bunu APA-ya açıqlamasında Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova deyib. O bildirib ki, həkimlər sənətkarın vəziyyəti qənaətbəxş qiymətləndirmirlər: “Komada olsa da, Qədirin beyni fəaliyyətini davam etdirir. Doğrudur, komaya düşmə səbəbi beynindən qaynaqlanıb, amma beyni işləyir. Həkimlər onun bədənini gücləndirməyə çalışırlar, amma heç bir nəticə əldə edə bilmirlər. Bu hal məni çox narahat edir. Bədəni heç bir müalicəni qəbul eləmir. Müalicələrin təsiri olsaydı ayılardı, daha yaxşı olardı. Amma halı günbəgün pisləşir. Həkimlər bildirirlər ki, müalicə davam edəcək. Əsas odur ki, beyin fəaliyyətini davam etdirir”. F. Rüstəmova hər gün Allaha dua etdiklərini vurğulayıb: “Allahdan ümid kəsilməz. Ən son anda belə Allah möcüzələr yarada bilər. Mən bunu istəyirəm. Bilirik ki, Azərbaycan xalqı da çox narahatdır. Çünki Qədir hamının sevimlisidir”. Geri qayıt |