Əsas Səhifə > Cəmiyyət > “DÖVLƏTİN AYIRDIĞI PULLAR EHTİYACLARI QARŞILAMIR”

“DÖVLƏTİN AYIRDIĞI PULLAR EHTİYACLARI QARŞILAMIR”


10-11-2011, 15:01
“DÖVLƏTİN AYIRDIĞI PULLAR EHTİYACLARI QARŞILAMIR”

“TƏŞKİLAT OLARAQ BU MƏSƏLƏNİN MÜSBƏT HƏLLİNƏ ÇALIŞIRIQ”

Zərərin azaldılması şəbəkəsinin koordinatoru Rüfət Nəzsibovla DİA.AZ-ın müsahibəsi...

- Hazırda hansı layihələr həyata keçirilir?
- Hal hazırda Şəbəkənin bir necə layihəsi həyata keçirilir. Onlardan qeyd etmək istədiyim təşkilatın inkişafına yönəldilmiş “İnstitusional inkişaf” layihəsi və Zərərin azaldılması proqramlarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsinin vəkilliyinə yönəldilmiş layihələrdir.
Hər iki layihə təşkilat tərəfindən qoyulmuş ciddi və uzunmüddətli məqsədlərin çatmasına yönəlmişdir.

- Azərbaycanda bu sahədə kifayət qədər beynəlxalq təcrübəsi olan işçi qüvvəsi varmı?
- Azərbaycanda Zərərin Azaldılması proqramları 2002-ci ildən həyata keçirilməyə başlamışdır. İki layihənin icrası ilə başlanmış program hal hazırda bir neçə regionu əhatə edən 30-dan artıq layihənin həyata keçirilməsi ilə davam edir. Əlbəttə bu zaman ərzində ictimai sektorda fəaliyyət göstərən kifayət gədər ekspert səviyyəli mütəxəssislər və sosial işçilər yetişmişdir. Lakin işin həcmi çox olduğundan və layihələr bir çox regionlara genişlənməsini nəzərə alaraq kadr potensialı problemi xüsusən də təcrübəli menecer və sosial işçilərin çatışmazlığı hal hazırda əsas problemlərdəndir.

- HİV və AİDS virusu daşıyıcısı olan vətəndaşlara ayrılan xidmət paketi mövcuddurmu?
- Zərərin azaldılması programı çərçivəsində xidmət paketi movcuddur ki, buraya steril spris, qoruyucular, HİV və onunla əlaqəli problemlərlə bağlı informasiya materialları və müxtəlif həkim-mütəxəssislərin məsləhəti aiddir. Bundan əlavə dövlət tərəfindən HİV-ə yoluxanlara pulsuz olaraq antiretrovirus və narkotik istifadəçiləri üçün metadon əvəzedici müalicələri təqdim edilir. Lakin müalicələrin mövcud olmasına baxmayaraq onların əlçatanlığı istənilən səviyyədə deyil. Onların bakı şəhərində cəmləşməsi regionlarda olan xəstələr üçün kifayəd gədər ciddi problemlər yaradır. Bundan əlavə ölkədə hələ ki HİV-ə yoluxanların əsas hissəsini təşkil edən narkoistifadəçilər üçün lazımi səviyyədə reabilitasiya mərkəzi mövcud deyil.

- Nazirlər Kabinetinin qərarına əsasən virus daşıyıcısının hər birinə konkret məbləgdə dövlət vəsaiti ayrılmışdır. Sizcə, bu vəsait virus daşıyıcılarının reabilitasiyası üçün kifayətdirmi?
- Mən bildiyimə görə virus daşıyıcılarına yox, AİDS mərhələsində olan insanlar üçün əlillik dərəcəsi verilir və bunun üçün də müəyyən edilmiş qaydada dövlət tərəfindən vəsait ayrılır. Onların işlə təmin olunması məsələsində ciddi çətinliklərlə üzləşdiklərini nəzərə alsaq yəqin ki vəsait onların və ailələrinin ehtiyaclarını tam ödəmədiyini düşünə bilərik.

- Həmin qərardan irəli gələn məsələlərin həlli üçün vətəndaş cəmiyyyəti nümayəndələri ictimai vəkillik funksiyasını öz üzərinə götürmüşdü. Bu hansı effekti verdi və digər illərlə müqayisədə vəsaitin xərclənməsində hansı yeniliyə yardım etdi?
- Bildiyiniz kimi, keçən ilin May ayında HİV haqqında Azərbaycan respublikaslnln yeni qanunu Milli Məclis tərəfindən qəbul edilmişdir. Bu qanunun həyata keçirilməsi ilə bağlı bu ilin Aprel ayında Nazirlər Kabinetinin 62 saylı qərarı qəbul edilmişdir və qərarda HİV-in qarşısının alınması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur, o cümlədən də Zərərin Azaldılması proqramları. Hal hazırda şəbəkə həmin qərardan irəli qələn zərərin azaldılması proqramların həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsaitin ayrılması üçün vəkillik işləri aparır. Bunun üçün müəyyən tədqiqat işləri aparılaraq vəkillik üçün mesajlar müəyyən edilmişdir. Misal üçün 2005-2009-cu illər ərzində Zərərin Azaldılması proqramlarında hər narkoistifadəçiyə çəkilən xərc təxminən 55 dollar təşkil etmişdir. Bundan əlavə yaxın illər üçün proqramın həyata keçirilməsinə lazım olacaq məbləğ hesablanmışdır. Zərərin Azaldılması proqramları Qanuna və hal hazırda tərtib edilən HİV-lə mübarizə üzrə Milli Proqrama daxil edildikdən onun icrası şübhəsiz ki mütləq vacibdir və bunun üçün də dövlət vəsaitinin ayrılması həmçinin vacib məsələdir və biz də təşkilat olaraq bu məsələnin müsbət həllinə çalışırıq.

- Qeyri- Hökümət təşkilatları AİDS - lə mübarizədə Respublika Aids-lə mübarizə mərkəzi ilə son bir ildə hansı birgə addımları atmışdır?
- Qeyd etməliyəm ki, ümumiyyətlə Zərərin Azaldılması proqramlarının icrası ilə məşğul olan təşkilatlar AİDS lə mübarizə üzrə Mərkəzlə və həmçinin regional AİDS laboratoriyaları ilə əməkdaşlıq edirlər. Risk qruplarına aid olan insanlar buraya HİV-ə könüllü məsləhət və testləşmə üçün qeyri hökümət təşkilatları tərəfindən yönəldilillər. Əməkdaşləğın son nümunəsi kimi bu yaxınlarda AİDS lə mübarizə mərkəzi tərəfindən həyata keçirilən epidemioloji nəzarət tədbirlərində QHT-lərin aktiv iştirakını qeyd edə bilərəm.

- Regionlarda AİDS- ə yoluxma keçən illərlə müqayisədə hansı göstəricilərlə özünü biruzə verir?
- Ümumiyyətlə HİV/AİDS-in templəri ölkədə artmaqdadır və hal hazırda yoluxanların sayı 3000 nəfərdən artıqdır. Regionları götürdükdə daha ağır vəziyyət Şirvan, Hacıqabul, Lənkəran rayonlarında qeydə alınır. Bir faktı qeyd etmək istəyirəm və bunu da AIDS-lə mübarizə Mərkəzinin direktorunun sözləri təsdiq edir – bu da Zərərin Azaladılması proqramlarının həyata keçirildiyi regionlarda başqa regionlara nisbətən HİV-in artım templəri daha aşağı olmasıdır. Bu da həmin proqramların HİV-in yayılmasının qarşısının alınması istiqamətində effektiv vasitə olduğunu bir daha sübut edir.


Geri qayıt