Əsas Səhifə > Güney Press, Reklam > "BAKCELL" BAKUTEL" SƏRGİSİNDƏ İŞTİRAK EDƏCƏK

"BAKCELL" BAKUTEL" SƏRGİSİNDƏ İŞTİRAK EDƏCƏK


6-11-2012, 18:54
"BAKCELL" BAKUTEL" SƏRGİSİNDƏ İŞTİRAK EDƏCƏK
İLK MOBİL OPERATOR YENİLİKLƏRLƏ GƏLİR

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" bildirir ki, şirkətin "BakuTel" stendində məhsulların ən peşəkar, maraqlı və effektiv tərzdə nümayiş etdirilməsinin təşkili üçün mühüm tədbirlər görülüb.
Şirkətdən verilən məlumata görə, "BakuTel 2012" sərgisində "Bakcell" mobil sosial media inteqrasiyası ilə yanaşı, yeni və qabaqcıl istehlak texnologiya tətbiqetmələri, Bakcell - Mançester Yunayted əməkdaşlığına həsr olunmuş brend əməkdaşlığının müxtəlif cəhətləri, "Artırılmış reallıq" proqramları və müxtəlif oyunları nümayiş etdirməkdədir.
"BakuTel" sərgisi zamanı "Artırılmış reallıq" (AR) tətbiqetmələrini təqdim edərək mobil sənayenin ən yeni qlobal texnologiya tendensiyalarını təşviq etmək məqsədilə sərgi çərçivəsində "Bakcell" şirkəti 3G və yeni nəsil mobil texnologiyalar sektorunda dünya lideri olan "Qualcomm Incorporated" şirkəti ilə strateji tərəfdaşlıq qurub. AR - elemetləri səs, video, qrafika və ya GPS data formatında kompüter sensor daxiletmələri ilə tamamlanmış fiziki ətraf mühitin canlı, birbaşa və ya dolayı görünüşüdür. Nəticədə, bu texnologiya sayəsində müştərinin indiki reallıq qavrayışı daha da zənginləşir. Ətraf mühit və onun elementləri barədə süni məlumat real mühit üzərinə qoyula bilər. AR ətrafınızda olan dünya ilə qarşılıqlı əlaqədə olan zaman misilsiz mobil təcrübə imkanını yaradır.
"Bakcell" şirkəti ilk gündən "BakuTel" sərgisinin daimi iştirakçısıdır. "Bakcell" şirkətinin "BakuTel" sərgisində builki iştirakının əsas mövzusu bu unikal tərəfdaşlıqdır. Biz olduqca məmnunuq ki, "BakuTel-2012" çərçivəsində "Qualcomm" ilə tərəfdaşlıq qurmuşuq. Biz əminik ki, bu sərgi şirkətlərə yeni biznesi inkişaf etdirmək və yeni bazarları kəşf etmək üçün xüsusi imkanlar yaradacaq. "BakuTel" sərgisi - telekommunikasiya sektoru üçün olduqca əhəmiyyətli bir tədbir olmaqla, indiki və gələcək müştərilərlə birbaşa ünsiyyat yaratmaq üçün misilsiz imkan yaradır. "BakuTel" sayəsində əməkdaşlıq üçün yeni imkanlar və sahələr meydana çıxarılacaq", - Bakcell-in baş icraçı direktoru Riçard Şirer bildirib.
Bundan əlavə, sərgi zamanı "Bakcell" şirkəti ən son texnologiyalar üzərində qurulmuş bir çox rəqəmsal oyun və qonaqlara müxtəlif maraqlı yarışlarda iştirak etmək imkanını verən oyun stansiyaları nümayiş etdirəcək. Həmçinin, bütün ziyarətçilərə real futbol təcrübəsini yaşadacaq futbol zonası fəaliyyət göstərəcək.

Geri qayıt