Əsas Səhifə > Sosial, Manşet > HƏRBİ POLİQONDAN MAGİSTRAL YOLA ATƏŞ AÇILDI
HƏRBİ POLİQONDAN MAGİSTRAL YOLA ATƏŞ AÇILDI7-11-2012, 11:08 |
ŞAMAXININ CƏNGİ KƏNDİ ƏRAZİSİNDƏKİ İNSİDENT VAHİMƏ YARADIB DİA.AZ: - Redaksiyamıza Şamaxı sakinlərinin bildirdiyinə görə, bu gün səhər saatlarında Şamaxı rayonunun Cəngi kəndi yaxınlığında yerləşən hərbi poliqonda yaranmış insident yerli sakinləri vahiməyə salıb. Məlumatı DİA.AZ-a verən mənbə bildirir ki, hərbi poliqonda təlim zamanı atılan tank mərmisi yanlışlıqla Bakı-Şamaxı yolunun Cəngi kəndi ərazisindəki hissəsinə düşüb: «Heç bir tələfat olmasa da, atılan mərminin döyüş qabiliyyətli olması səbəbindən dağıntı baş veri. Hazırda sözügedən istiqamətdə yollar bağlanıb və hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb». Mənbəmiz bildirir ki, yerli sakinlər nəyin baş verməsindən xəbərsiz olduqlarından təlaş keçiriblər. Geri qayıt |