Əsas Səhifə > Partiya > İCTİMAİ PALATA YEKUN QƏRAR VERƏCƏK
İCTİMAİ PALATA YEKUN QƏRAR VERƏCƏK7-11-2012, 13:05 |
AMMA QƏRARIN VERİLƏCƏYİ TARİX MƏLUM DEYİL “İctimai Palatada prezident seçkilərində vahid namizədlə bağlı yekun qərarın veriləcəyi tarix bəlli deyil”. Bu sözləri Modern.az-a açıqlamasında eks-baş nazir, İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn məsələ ilə bağlı aparılan müzakirələri şərh edərkən bildirib. Onun sözlərinə görə, İctimai Palatanın 2013-cü il seçkilərində vahid namizədlə iştirakı barədə hələlik onda heç bir məlumat yoxdur və belə müzakirələr aparılımır. Qeyd edək ki, İP-in sonuncu sessiyasında AXCP sədri Əli Kərimli vahid seçki platformasının hazırlandığını bildirib. Partiyanın sədr müavini Fuad Qəhrəmanlı isə məsələ ilə bağlı Modern.az saytına açıqlamasında bildirib ki, müxalifətin aparıcı qüvvələrinin birləşdiyi İctimai Palata seçkdə vahid namizədlə iştirak etmək niyyətindədir. “Biz Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq əvvəlcədən İctimai Palatanın prezident seçkilərində vahid namizədlə iştirakının tərəfdarı olduğunu açıq şəkildə bildirmişik. Hesab edirəm ki, müxalifətin aparıcı qüvvələrinin birləşdiyi İctimai Palata seçkdə vahid namizədlə iştirak etmək niyyətindədir”-deyə F. Qəhrəmanlı bildirib. Geri qayıt |